خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 12, 2017 Xəbər kodu : 31846
Höccətül-islam Hacı Əli Əkbəri Səhifə - Səccadiyyənin şərhində
Quran qaranlıq fitnələri aradan aparmaq üçün bəsirət sübhü və Allahın nurudur
Şəbistan xəbər agentliyi: Höccətül-islam Hacı Əli Əkbəri Quranın qaranlıq fitnələri aradan aparmaq üçün bəsirət sübhü və Allahın nuru olduğuna işarə edərək dedi: İnsan Quran ayələrinin nuru sayəsində varlıq aləminin sirrlərinə agah olur və təyyibə həyatı əldə edir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Məscidlərin işlərinə nəzarət edən mərkəzin rəhbəri Höccətül-islam Məhəmməd Cavad Hacı Əli Əkbəri Bazar ertəsi günü gecə İslam İnqılabı şəhidlərinin mədəniyyət mərkəzində Səhifə - Səccadiyyə dualarını şərh edərkən dedi: Salavat zikrinin xüsusi məna və mesajları vardır.

O, əlavə etdi ki, İmam Səhifə - Səccadiyyə kitabında Salavat zikrini bu kitabın nurani hissələri ilə münasib olaraq məna vermiş və cilvələndirmişdir. Buna görə də duanın salavat zikri ilə başlaması o Həzrətin Peyğəmbərin (s) və ilahi övliyaların müqəddəs vücudlarına diqqətinin göstəricisidir. Habelə bu böyük şəxsiyyətlərin Quranın qarşısındakı necə rəftar etdiklərini görsədir.

O, qeyd etdi ki, İmam Səccad (ə) Səhifə - Səccadiyyənin qırx ikinci duasının bir hissəsində Mütəal Allahdan istəyir ki, onu Qurana arxalananların cərgəsində qərar versin. Habelə bu işdə təkid də edir.

O, dedi ki, insan qurandan uzaq düşməklə zülmət qaranlıqda qərar tutur. Bir halda ki, insan ilahi ayələrin sayəsində bütün işləri aşkar şəkildə müşahidə edər.

Höccətül-islam Hacı Əli Əkbəri Quranın qaranlıq fitnələri aradan aparmaq üçün bəsirət sübhü və Allahın nuru olduğuna işarə edərək dedi: İnsan Quran ayələrinin nuru sayəsində varlıq aləminin sirrlərinə agah olur və təyyibə həyatı əldə edir.  http://shabestan.ir/detail/News/675438

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده