خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 12, 2017 Xəbər kodu : 31845

BMT: Səkkiz milyondan artıq yəmənli açlığın bir addımlığında
Şəbistan Xəbər Agentliyini: BMT baş katibinin rəsmi nümayəndəsi bir bəyanatda Yəməndəki durum barədə xəbərdarlıq edərək bildirib ki, 8 milyon 400 min yəmənli qıtlığın bir addımlığındadır.

Kütləvi aclıq Yəmənin 8,4 milyon əhalisi üçün təhlükəli həddə çatıb. Şəbistan Xəbər Agentliyinin verdiyi məlumata görə, bu barədə BMT baş katibinin yüksək səlahiyyətli rəsmi nümayəndəsi və təşkilatın Yəmənlə bağlı humanitar yardım koordinatoru Ceymi Mak Qoldrik bəyanatla çıxış edib.

Ümumdünya təşkilatının hesablamalarına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmən limanlarını mühasirədə saxlaması ölkədə yanacaq, ərzaq, dərman və digər preparatların qıtlığının yaranmasına səbəb olub: “Yəmən keçidlərinin mühasirəsi bu ölkədə yanacaq, ərzaq malları və dərman çatışmazlığına səbəb olub və humanitar yardımlara ehtiyaclı olan insanların sayını artırıb”.. 

C.M. Qoldrik bildirib ki, hazırda Yəməndə humanitar əməliyyatların bərpa olunması prioritet vəzifə sayılır. Onun sözlərinə görə, 8,4 milyon yəmənli aclıq həddində olduğu üçün təcili şəkildə yemək, təmiz su, sığınacaq və tibbi yardım vasitələri ilə təmin olunmalıdır. 

 

BMT uşaq fondunun Orata şərq və Şimali Afrika üzrə rəhbəri Gert Kabiliari də demişdi ki 11 milyondan çox yəmənli uşaq təcili yardımlara ehtiyaclıdır.

 

BMT baş katibi Antonio Quterreş isə dünən CNN telekanalına verdiyi açıqlamada Yəmən müharibəsinin axmaqcasına olduğunu deyib.

 

Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibəsi on minlərlə mülkinin ölümü və yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. Beynəlxalq qurumlar hər on dədiqədə bir yəmənli uşağın xəstəlik və səmərəsiz qidalanma üzündən həyatını itirdiyini bildirib.

 

http://shabestan.ir/detail/News/675461

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده