خبرگزاری شبستان

دوشنبه ۲۵ تیر ۱۳۹۷

الاثنين ٤ ذو القعدة ١٤٣٩

Monday, July 16, 2018

Servis xəbərlərinin titri

Televiziyanın birinci kanalında Kəramət on günlüyündə “Səkkizinci gülüstan”

Şəbistan xəbər agentliyi: Kəramət on günlüyündə milli tetelviziyanın birinci kanalında Kəramət on günlüyü haqda xüsusi verliş yayınlanacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 12, 2017 Xəbər kodu : 31844

Suriya və Qüds – Putinlə Ərdoğanın görüşünün əsas müzakirə obyetləri
Şəbistan Xəbər Agentliyi: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təkbətək görüşlərindən sonra birgə mətbuat konfransı keçirilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təkbətək görüşlərindən sonra birgə mətbuat konfransı keçirilib.

Şəbistanın məlumatına görə, "Türkiye-Rusya əlaqələri hər gün daha da güclənir. Siyasi səviyyədə ahəngdar iş şəraitimiz var", - deyə bildirən Ərdoğan belə davam edib:

"Müzakirə etdiyimiz məsələlərin ilk sırasında əlbəttə ki, Qüds var idi. Amerika Birləşmiş Ştatları rəhbərliyinin Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı bütün dünyada böyük hiddət doğurdu. Qərar müsəlmanlarla birlikdə xristianları, hətta ağlı başında olan yəhudiləri belə narahat etdi. Atılan bu məsuliyyətsiz addıma görə yaşanan gərginliklər hazırda ortadadır. Ötən həftənin sonu işğal olunmuş torpaqlarda etirazlar aksiyalarında İsrail əsgərləri 4 fələstinlini şəhid etdi. Həmçinin yüzlərlə fələstinli yaralandı, son aldığım rəqəm iki minə yaxındır. Qəzza İsrail təyyarələri tərəfindən bombalanıb. İsrail sanki yanğına körüklə getməyə davam edir. İsrail son prosesi fələstinlilərə qarşı təzyiq və zorakılıq aktlarını daha da artırmaq üçün bir fürsət kimi görür. Vicdanı, əxlaqı, mənəviyyatı olan heç kimin bu cinayətləri görməzliyə vurması mümkün deyil".

İslam Əməkdaşlıq Təşkilatı Zirvəsi sədri olaraq iki gün sonra İstanbulda fövqəladə toplantı keçirəcəklərini xatırladan Ərdoğan, "arzum odur ki, oradan çox güclü bir mesaj verək, buna inanıram. Qüds məsələsində cənab Putin ilə oxşar mövqelərimiz olduğunu gördüm. Bu mövzudakı təmaslarımızı davam etdirmək barədə razılaşdıq", - deyə bildirib.

Ərdoğan, "bu gün həmçinin Suriyadakı vəziyyəti də müzakirə etdik. Bundan sonrakı addımımız ən qısa zamanda Soçidə ikinci görüşümüzü keçirməkdir. Siyasi prosesin inkişafı baxımından nə kimi əlavə addımlar ata biləcəyimizi də müzakirə etdik. Astana təminatçıları olaraq Suriya münaqişəsinə daimi siyasi həll olması məqsədilə Cenevrə danışıqlarına mühüm töhfə verəcəyik", - söyləyib.

Vladimir Putin isə açıqlamasında bildirib ki, Amerika rəhbərliyinin Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini oraya köçürmək barədə qərarı bu regionda vəziyyəti daha da ağırlaşdırır: "Bu, faktiki olaraq İsrail-Fələstin arasındakı sülh prosesinə zərbə endirən bir qərardır. Sülh prosesi Birləşmiş Millətlər Təşkilatının qərarları çərçivəsində aparılmalıdır. Qüdsün statusu mütləq İsrail ilə Fələstin arasındakı birbaşa təmaslar nəticəsində müəyyənləşdirilməlidir. İstanbulda keçiriləcək Zirvə Toplantısında da mütləq müşahidəçi kimi iştirak edəcəyik."

Suriya məsələsində iki ölkənin sıx əməkdaşlıq etdiyini vurğulayan Putin, Moskva ilə Ankara arasında əməkdaşlığın müxtəlif səviyyələrdə uğurla şəkildə inkişaf etdiyini, müvafiq təşkilatların daimi təmas saxladığını bildirib:

"Suriyadakı vəziyyəti də müzakirə etdik. Suriya torpaqlarının demək olar hamısı terrorçulardan azad edilib. Terrorçuların hər hansı bir müqavimət nöqtələri, bölgələri olacaqsa, lazımi cavabı veriləcək. Suriyadakı problemin həlli mövzusunda noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran liderlərinin görüşündə əldə olunan razılığın yerinə yetirilməsi ilə bağlı addımları danışdıq. Növbəti ilin əvvəlində Suriya Milli Dialoq Qurultayının keçirilməsi barədə hazırlıq işlərini müzakirə etdik." (FaktXəbər-in oxşar materialından istifadə edilib).

Həmçinin bax:

 

http://shabestan.ir/detail/News/675416

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده