خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 12, 2017 Xəbər kodu : 31839

Nə etsə, Qüds edəcək
Bir-iki gündür dünya içtimaiyyəti Trampın Qüdsü İsrail rejiminin paytaxtı elan etməsi və ABŞ səfirliyini oraya köçürməsinə əmr verməsi xəbəri ilə sözün əsil mənasında çaş-baş qalıb

Bir-iki gündür dünya içtimaiyyəti Trampın Qüdsü İsrail rejiminin paytaxtı elan etməsi və ABŞ səfirliyini oraya köçürməsinə əmr verməsi xəbəri ilə sözün əsil mənasında çaş-baş qalıb.

 

"Dəli bir daş atdı, yüz ağıllı çıxarda bilmədi" misalı ilə təqribi eyni bir vəziyyət dünya KİV-lərinin manşetlərini doldurur. Hər kəsdə bir narahatçılıq var – dilindən, dinindən, irqindən asılı olmayaraq. Çünki, Qüds – qırmızı xətdir, çünki,Qüds – keçilməsi, ələ alınması, sahiblənilməsi heç kimə və heç bir ölkəyə rahat buraxılmayacaq bir şəhərdir. Müsəlmanlar bir yana, Qüds –xristian aləminin döyünən ürəyidir, Qüds hər bir inanclı xristian üçün ana vətəndir. Qüds – şərəfinə əsrlərlə müharibələr aparılan, ələ keçirmək üçün "səlib yürüşləri" edərək nə qədər insanı öldürərək, qanını su gölünə döndərərək çatmaq istənilən bir arzudur. Qüds – arzuların şəhəridir, Qüds – ruhun sarı simidir, Qüds – üç dinin barışdığı və qovuşduğu bir yerdir...

 

İllərlə, bəlkə də əsrlərlə, lap deyərdim ki, Həzrət Peyğəmbərdən (s) dərhal sonradan başlayaraq müsəlman ümmətinin içinə o qədər ayrı-seçkilik, o qədər nifaq, ayrılmaq, bölünmək, seçilmək, başqa cür olmaq, qonşusu kimi olmamaq zəhərli toxumlarını əkiblər ki, indiyəcən həmin o təfriqə irinli yara kimi İslam coğrafiyasının ürəyinin üzərində özünə dərin bir yer tutub, ağrısı da çoxdur, yaradan ayrılan irin də...

 

Bir Allahın, bir dinin, bir müqəddəs Kitabın əhli arasında bu qədər müxtəliflik, bu qədər ayrı-seçkiliyin haradan qaynaqlandığı yavaş-yavaş üzə çıxır deyəsən. Hətta eyni kənddə yaşayan iki qonşunun da düşüncəsinə həmin zəhərli toxumdan səpərək, "Böl, parçala – idarə et" gizli zəhərli missiyası neçə əsrdir diri saxlanılırdı və bu zehniyyət ilə qapı qonşularından tutmuş, ta böyük-böyük ölkələrəcən kənardan idarə olunurdu. Elə indiyəcən...

 

Amma Qüdsü – sionist rejimin paytaxtı elan etməyənəcən! Neçə gündür dünya gündəmi ancaq bu xəbərlə çalxalanır. Hamının ruhunun sarı siminə çox pis toxunulub. Əksəriyyətin müqəddəsi, mübarəki, uğruna canından keçəcəyi Qüdsün bu qədər asan tapdalana biləcəyi fikri insanları həm kədərə bürüyüb və həm də ayağa qaldırıb.

 

Başqa vaxtda top atsan da ayağa qalxmayan, dünya dağılsa da heç bir halda vəhdət göstərməyən ölkələr indi Qüdsün ətrafında əl-ələ, nəfəs-nəfəsə narahat halda dayanıblar. İllərdir dəstəmaz, möhür kimi mövzularda spekulyasiya edən namərd və xain düşmənin qurbanına çevrilən qonşular bir yana, hətta başqa dinlərin nümayəndələri də, istər xristianı və istərsə də yəhudisi bu saat bu məkrli və ağılsız qərarın qarşısında sipər kimi dayanıblar.

 

Söz yox ki, situasiya çox kədərlidir. Verilən qərar beynəlxalq hüququn heç bir normasına sığmır, həddindən artıq ağlasığmaz və məkrli bir qərardır. Amma onu mütləq qeyd etməliyik ki, sonuncu dəfə bütün dinlərin belə vəhdəti yəqin ki, heç tarixin də yadında qalmayıb...

 

Qüdsün, ümumilikdə Fələstin xalqının qələbə çalacağı müjdəsinin fonunda, millətlərin belə vəhdəti sadəcə insana böyük bir qürur və gələcəyə ümüd bəxş edir...

 

Bütün bu hadisələr – çox qeyri-adi hadisələrdir. Tarixin çox maraqlı nöqtəsinə gəlib çatmışıq... Nə etsə, Qüds edəcək...

 

Xəyalə Quliyeva

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده