خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 12, 2017 Xəbər kodu : 31838

Məscidlə xalqın bağlılığı möhkəmlənməlidir
Şəbistan Xəbər Agentliyi: Bəziləri məscidləri özünün əsas funksiyasından və cəmiyyətdə oynayacagı əsas roldan uzaqlaşdırmaq, onu hardasa hərbi hissəyə çevirmək istəyirlər.

 

Tanınmış ruhani Höccətül - islam vəl - müslimin Teymur Əli Əsgəri Şəbistan Xəbər Agentliyinin müxbiri ilə  söhbətində məscid fəaliyyətlərindən danışdı və bu ibadət ocagı ilə müxtəlif xalq kütlələrinin münasibət və bağlılıqları haqqında maraqlı fikirlər söylədi.

 

Ruhani bildirdi ki, məscidlər müxtəlif sahələrdə xalqın pənah yerləri olmalıdır. Belə ki, İmam Xomeyni həzrətləri buyurardı: “Məscidlər səngərdirlər”. Məscidlər dinin yenlənməsində və canlanmasında xüsusi rol oynayırlar.

 

Alim gileyini gizlətmədi: Bəziləri məscidləri özünün əsas funksiyasından və cəmiyyətdə oynayacagı əsas roldan uzaqlaşdırmaq, onu hardasa hərbi hissəyə çevirmək istəyirlər.

 

“Bəzi məscid xadimləri xalqa maneəçilik tövrədib, əziyyət verirlər. Onlar bəzən ənənəvi məscid idarəçiliyi ilə tanış olmayaraq insnalarla nalayiq rəftar edirlər. Lakin bəzi məscid xadimləri də lazımı bilik, psixologi və sosioloji məlumatlara yiyələndiklərindən insanlarla, xüsusən gənclərlə daha yaxından tamas qura, onların məscidə gəlməsinə şərait yarada bilirdilər.

 

Çox təsüflər olsun ki, məscidlərdə bəziləri özlərini hardasa aga, buyuruq sahibi sayır və başqalarına göstərişlər verirlər və digərlərindən onlara tabeçilik göstərməsini istəyirlər. Bu da insanların məscidə gəlməsinin azalmasına onların məsciddən soyumasına səbəb olur.

 

Ətraf ölkələri, xüsusən Türküyəni müşahidə etdikdə görürük ki, xalq daha artıq, kütləvi şəkildə məscidə yıgışır. Bu, bizim ölkəmizdəkindən daha çox insanların məsdicə gəlməyini göstərir”.

 

Höccətül - islam vəl - müslimin Teymur Əli Əsgəri sonda bildirdi ki, məscidin idarəçiliyi hansısa bir fərdin, qurupun əlində olmamalı, naşı və səthi şəkildə idarə edilməməlidir.

 

“Bütün xalq kütlələrini məscidə toplayacaq addımlar fikirləşib həyata keçirilməlidir”, - müsahibimizin son qənaəti belə oldu.

 

http://shabestan.ir/detail/News/674629

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده