خبرگزاری شبستان

دوشنبه ۳۰ مهر ۱۳۹۷

الاثنين ١٢ صفر ١٤٤٠

Monday, October 22, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 12, 2017 Xəbər kodu : 31837
Vəhdətə səsələyən şəxsiyyətlər
Onun dini yaymaqdan başqa bir arzu və məqsədi yox idi
Şəbistan Xəbər Agentliyi: Bu alimin əsərlərində vəhdət xəttinin əsas istiqamət kimi verildiyini, Əhli – beyt maarif və təlimlərinin təbligi kənarında müsəlmanlar arasında birlik və vəhdətə xüsusi diqqət yetirildiyini görürük.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Əllamə Seyid Murtəza Rəzəvi Keşmiri din və mədəniyyət aləminin böyük şəxsiyyətlərindən biri idi.

O, öz həyatını din və islamın yüksəlməsinə həsr etmişdi.

 

Bu şəxsiyyət Nəcəfdə dünyaya göz açmış, dövrünün böyük alimlərindən elm və ədəb kəsb etmişdi.

 

Ömrünü dini araşdırmalara həsr və sərf edən bu böyük şəxsiyyətin bir neçə dəyərli əsəri yadigar olaraq günümüzə gəlib çatmışdır.

 

 

 

Bu alimin əsərlərində vəhdət xəttinin əsas istiqamət kimi verildiyini, Əhli – beyt maarif və təlimlərinin təbligi kənarında müsəlmanlar arasında birlik və vəhdətə xüsusi diqqət yetirildiyini görürük. O öz əsərlərində təkcə Əhli – beyti (ə) qarşı məzhəblərə tanıtdırmırdı, eyni zamanda qarşı tərəfin alimlərini də şiələrə tanıtdırırdı. Belə ki, o vasitəsiz olaraq Misir alimlərini Əhli – beyt məktəbinin davamçılarına tanıtdırırdı. Qeyd edək ki, bu yanaşma ö dövrə kimi, hətta bu dövrdə də bir o qədərdə alimlərin arasında görünmürdü.

 

Əllamə Seyid Murtəza Rəzəvi Keşmiri tərəfindən vəhhabilərə qarşı yazılan kitablar, Əhli – beyt məktəbinə yönəli ittihamlara verilən cavablar barəsində yazılan dəyərli əsərlər hətta əhli – sünnət alimləri tərəfindən istina ediləsi mötəbər mənbələrdən biri sayılır.

 

Bu kitablardan da biri “Əl - burhan əla ədəmil - tərif fil – Quran” (“Quranın tərif olunmamasına dəlill”) adı ilə tanınır.

 

Alim Misrin Əl - Əhzər kimi dini elimlər hövzəsində və islam dünyasının başqa yerlərində də tanınırdı.

 

http://shabestan.ir/detail/News/675259

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده