خبرگزاری شبستان

دوشنبه ۲۵ تیر ۱۳۹۷

الاثنين ٤ ذو القعدة ١٤٣٩

Monday, July 16, 2018

Servis xəbərlərinin titri

Televiziyanın birinci kanalında Kəramət on günlüyündə “Səkkizinci gülüstan”

Şəbistan xəbər agentliyi: Kəramət on günlüyündə milli tetelviziyanın birinci kanalında Kəramət on günlüyü haqda xüsusi verliş yayınlanacaq.

Servis Əsas səhifə Zaman :   Monday, December 11, 2017 Xəbər kodu : 31835
Quran təfsirçisi
Aləmin yaxşı insanları ilahi hidayətlə səadətə çatarlar
Şəbistan xəbər agentliyi: Quran təfsirçisi dedi: Quran ayələrinə əsasən, aləmin yaxşı insanları ilahi hidayətlə səadətə çatarlar.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri keçən gecə Həzrət Əbdül-Əzim Həsəninin müqəddəs Astanınında keçirilən təfsir dərsində dedi: Dünya və axirət səadətinə yetişmək üçün bəzi amillər vardır. İman,  ehsan (yaxşılıq etmək) və təqva o amillərdəndir.

O, imanlıə və təqvalı insanların həqiqi səadəti əldə edəcəklərinə işarə edərək dedi: Hücürat surəsinin on beşinci ayəsində bəyan olunmuşdur ki, həqiqi möminlər qiyamətə və Allahın Peyğəmbərinə (s) iman gətiriblər.

O, əlavə etdi ki, həqiqi möminlər qiyamətə və Allahın Peyğəmbərinə (s) iman gətirməkdən, namaz qılmaq, öz canı və malı ilə infaq etməkdən əlavə, ilahi razılığı əldə etmək üçün cihad edirlər.

O, yəqin əhlinin yalnız Allaha artxalandığına işarə edərək dedi: Quran ayələrinə əsasən, aləmin yaxşı insanları ilahi hidayətlə səadətə çatarlar. Çünki, onlar xalisanə və var gücləri ilə ilahi razılığı əldə etmək üçün çalışırlar.

Bu Quran təfsirçisi yaxşı insanların başqa xüsusiyyətlərinə də işarə edərək dedi: Salih və səbirli insanlar heç vaxt Allahın qarşısında inadkarlıq və tərslik etmirlər. Habelə öz səhvlərini başa düşdükləri zaman geri dönürlər. Əbu cəhl inadkarlığına görə haqqın qarşısında dayandı.

O, dedi ki, ilahi razılığı əldə etmək üçün görülən hər bir iş yaxşı və kamil surətdə görülməlidir. Çünki, Allah hər işin savabını kamil surətdə verir.

O, sonda dedi ki, insaniyyətə yetişmək üçün bizim hamımız Məsum İmamlardan (ə) örnək almalıyıq. Çünki, onlar iman və insaniyyətin uca zirvəsindədirlər.

http://shabestan.ir/detail/News/675156

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده