خبرگزاری شبستان

دوشنبه ۲ بهمن ۱۳۹۶

الاثنين ٦ جمادى الأولى ١٤٣٩

Monday, January 22, 2018

Servis Əsas səhifə Zaman :   Monday, December 11, 2017 Xəbər kodu : 31834

Trampın qərarı sionist rejiminin sonunun başlancığıdır
Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Vaşinqton rəhbərliyinin Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması ilə bağlı qərarına etiraz və Qüdsə dəstək aksiyasında çıxış edib.

Livan Hizbullah Təşkilatının baş katibi: “ABŞ prezidenti Donald Tramp Qüds haqda qərarını elan etdikdən sonra təcrid olub və sadəcə sionist rejim onun yanındadır”.

 

 

Şəbistan Xəbər Agentliyi “ əl-Əhd”ə istinadən xəbər verir ki, Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bu gün Vaşinqton rəhbərliyinin Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması ilə bağlı qərarına etiraz və Qüdsə dəstək aksiyasında çıxış edib.

 

Seyid Həsən Nəsrullah Beyrutun cənubunda Zahiyə bölgəsində Qüdsə dəstək aksiyalardan sonra söylədiyi alovlu nitqində deyib: Ərəb və islam xalqları işğalçılarla mübarizədə işğal olunmuş Qüds şəhərinə dəstək üzrə aksiya və piketlərinin çox önəmli olduğunu bilməlidirlər. Çünki bu iştirak işğalçılar və ABŞ-ın Qüds haqdakı qərarı ilə mübarizənin müxtəlif növlərindən biridir.

 

Bəhreyn nümayəndə heyətinin işğal olunmuş əraziyə getməsinə münasibət bildirən Seyid Həsən Nəsrullah deyib: Bəhreyn nümayəndə heyəti bu ölkə xalqının nümayəndəsi deyildir. Bəhreyn rejimi Fələstinə dəstək üzrə bu ölkə vətəndaşlarının aksiyasını yatırır. Bununla yanaşı sionist düşmənlə sazişlər bağlamaq üçün işğal olunmuş ərazilərə nümayəndə heyəti ezam edir. Bu isə Bəhreyn rejiminin rüsvayçılıqlarındandır.

 

Livan Hizbullahının baş katibi deyib: Trampın qərarından sonra, artıq ABŞ-ın terrorizmin hamisi olduğunu və İŞİD-i yaradan tərəf olduğunu anlamağımızın vaxtı gəlib çatıb.

 

Seyid Həsən Nəsrullah ictimai təzyiq və dövlətlərin sionist rejimlə əlaqələri durdurmaq yolu ilə bu rejimin təcrid edilməsini istəyib.

 

Livan Hizbullahının baş katibi həmçinin vahid strategiya və əməliyyat planının təyin olunması üçün müqavimət mehvərinin birliyini vurğulayıb: Trampın hərəkətinə ən önəmli cavab bütün Fələstin ərazilərində 3-cü intifazənin elan olunmasıdır.

 

Seyid Həsən Nəsrullah bir daha vurğulayıb: Qüds Fələstinin əbədi paytaxtıdır, ondan vaz keçməyəcəyik, fələstinlilər təzyiqlər və onlara diktə olunan hərəkətlərə qarşı çıxarlarsa və Qüdsün Fələstinin əbədi paytaxtı olmasında israrlı olarlarsa, heç kim onları öz ərazilərindən ayıra bilməz.

 

http://shabestan.ir/detail/News/675401

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده