خبرگزاری شبستان

پنج شنبه ۲۸ تیر ۱۳۹۷

الخميس ٧ ذو القعدة ١٤٣٩

Thursday, July 19, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam Rəfii açıqlama verdi:

Məhdəviyyət və qeybətin səbəbləri İmam Rzanın (ə) kəlamında

İmam Zaman (ə) zühurdan sonra dünyanın yeganə rəhbəri olacaq. Buna görə də şərait və onun hazır olmasının inqilaba ehtiyacı var. Bu inqilab bütün küfür rəhbərlərini süqutun hazırlamalıdır. Buna görə də İmam Rza (ə) buyurdu: “Bizim Mehdi zühur etdiyi zaman onun boynunda heç bir beyət olmayacaq.”

Servis Əsas səhifə Zaman :   Monday, December 11, 2017 Xəbər kodu : 31829
Ayətullah Qərəhi
Yaxşılıqda və pislikdə insanın yeganə pənahı Mütəal Allahdır
Şəbistan xəbər agentliyi: Ayətullah Qərəhi dedi: Quran ayələrinə əsasən, yaxşılığa yetişmək və pislikdən uzaqlaşmaq üçün insanın yeganə pənahı Mütəal Allahdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, İmam Mehdi (əc) elmi mədrəsəsinin müdiri və Quran təfsirçisi Ayətullah Ruhullah Qərəhi Azər ayının on doqquzu bazar günü gecə İmam Mehdi (əc) məscidində keçirilən Nas surəsinin təfsir dərsində çıxış edərək dedi: Quran ayələrinə əsasən, insan çətinliklərlə üzləşdiyi zaman öz Pərvərdigarı və Xaiqinə pənah aparmalıdır.

O, əlavə etdi ki, valideynin və müəllimin insanın həyatında təsirli rolları vardır. Onlar insanı səadət və bədbəxtliyə tərəf sövq verə bilirlər. Amma buna baxmayaraq, onların rolları müvəqqətidir. İnsanın mütləq və həqiqi Rəbbi və Pərvərdigarı Allahdır.

O, qeyd etdi ki, insan düşüncə sahibi olana və yaxşını pisdən ayırana qədər təhlükə və çətinliklərlə üzləşdiyi zaman öz valideyninə pənah aparır. Amma mərifət və həqiqi hidayət sahibi olduğu zaman yalnız öz Pərvərdigarına pənah aparır və Ondan yardım diləyir.

O, Nas surəsinin təfsirində dedi: Allah bu surədə buna xatir insanın şərrindən Allaha pənah aparın demişdir ki, şeytanlar insanın vasitəsi ilə başqa insanları aldadır və həqiqi hidayətdən uzaqlaşdırır.

O, dedi ki, Allah insanı elə yaratmışdır ki, yaxşılıq etməkdə mələklərdən daha üstün ola bilər. Həmçinin pislik etməkdə  cinnlərdən də pis ola bilər. Buna görə də şeytan sifət insanların şərrindən xilas olmaq üçün insanın yeganə pənahgahı Allahdır.

O, sonda xatırlatdı ki, Allah dünyada insanı imtahan etmək üçün onun yolu üzərində yaxşılıq və pisliyi qərar vermişdir. Amma bunun qarşısında əgər insan yaxşılığa yetişmək və pislikdən uzaqlaşmaq istəyərsə, Özü də onun pənahvericisidir.

 

 

http://shabestan.ir/detail/News/675148

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده