خبرگزاری شبستان

شنبه ۳۰ دی ۱۳۹۶

السبت ٤ جمادى الأولى ١٤٣٩

Saturday, January 20, 2018

Servis xəbərlərinin titri

ABŞ-ın Hizbullaha qarşı ittihamları zalımanə və əsassızdır

Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah paytaxt Beyrutda təşkil olunan Kuneytra şəhidlərinin ildönümü mərasimində etdiyi çıxışında mühüm açıqlamalar verib.

Servis Əsas səhifə Zaman :   Monday, December 11, 2017 Xəbər kodu : 31827

Bakıda “Məscidlər: İslamın möhtəşəmliyi” kitabının təqdimat mərasimi
Şəbistan Xəbər Agentliyi: Tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə kitabda yer almış məscidlərin fotoşəkillərindən ibarət sərgiyə baxış olub.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, dekabrın 8-də Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” (“Mosques: Splendors of Islam”) kitabının təqdimat mərasimi keçirilib.

 

Tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə kitabda yer almış məscidlərin fotoşəkillərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə ingilis dilində hazırlanmış kitabla bağlı məlumat verilib. Bildirilib ki, nəşr müəllifin 8 illik zəhmətinin bəhrəsidir.

Sonra bütün iştirakçılar virtual olaraq kitabda yer almış məscidlərə səyahət ediblər.

 

“Mənim birinci sənətim şərqşünaslıqdır və sevinirəm ki, bu tədbirdə sevimli müəllimlərim iştirak edirlər. Biz kitabı hazırlayarkən qarşımıza məqsəd qoymuşduq ki, bu nəşr memarlar, rəssamlar, dizaynerlər, şərqşünaslar, o cümlədən geniş ictimaiyyət üçün maraqlı olsun. Layihənin əvvəlində peşəkarlardan ibarət komandamla dünyanın ən gözəl 267 məscidini ziyarət etdik. 25 ölkədən 53 məscid seçildi ki, onlar tarixən İslam sivilizasiyasının ən yüksək estetikasını təşkil edir. Azərbaycandan 3 məscid də kitaba daxil edildi”,- deyə Leyla Uluxanlı iştirakçılara məlumat verib.

 

 

Leyla Uluxanlı vurğulayıb ki, kitabın müqəddiməsini şahzadə Amin Ağa Xan yazıb.

Kitabın beynəlxalq layihələr üzrə redaktoru Yekaterina Karelina deyib ki, bu, nadir bir layihədir. Otuz il ərzində belə bir layihə reallaşdırılmayıb: “Biz bu işlə məşğul olarkən məscidlərin gözəlliyini geniş ictimaiyyətə çatdırmaq istədik. Bu layihə üzərində dünyanın nüfuzlu universitetlərinin, təşkilatlarının aparıcı mütəxəssisləri iştirak ediblər. Kitab bundan sonra fransız və rus dillərində çap olunacaq, həmçinin üç ölkədə - ABŞ, Böyük Britaniya və Rusiyada təqdimatları keçiriləcək”.

 

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək deyib ki, kitabın təqdimatının ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli”ndə keçirilməsi əlamətdar haldır. Bütün səmavi dinlər bəşəriyyətə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin edir. Azərbaycanda elan edilən “İslam Həmrəyliyi İli” də bu idealların, sülhün dünyamızda daha möhkəm bərqərar olunmasına xidmət edir.

 

http://shabestan.ir/detail/News/675361

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده