خبرگزاری شبستان

دوشنبه ۲ بهمن ۱۳۹۶

الاثنين ٦ جمادى الأولى ١٤٣٩

Monday, January 22, 2018

Servis Əsas səhifə Zaman :   Monday, December 11, 2017 Xəbər kodu : 31826
Universitet müəllimi və Məhdəviyyət üzrə mütəxəssisin Şəbistanla müsahibəsi:
Məhdəviyyətin mədəniyyətə töhfəsi
Şəbistan xəbər agentliyi: Məhdəviyyət mədəniyyəti Məhdəviyyət təlimlərinə aid ideologiya, inanclar və etiqadlardan təşkil olunub. Sözügedən mədəniyyət mədəniyyətin müxtəlif sahələrinə təsir göstərə bilər. Onlardan biri mədəniyyətin nəzəri bölməsidir.

Universitet müəllimi və Məhdəviyyət üzrə mütəxəssisi Höccətül-islam Əsədullah Müstəfıvi  Şəbistannın Məhdəviyyət və Qədir bölməsinə verdiyi müsahibədə Məhdəviyyət təlimlərinin mədəni bəhslərdə yeri və rolu haqda dedi: Bu təlimlər önəmli rol oynayır və ən mühüm amillərdən sayılır. Bu əsaslardan biri mədəniyyətin yüksəlməsidir. Tarix boyu cəmiyyətin mədəniyyətinin quruluşu və təkamülündə müxtəlif alimllər önəmli rol oynayıb. Çünki dinin insanın fitrətində kökü var. Dini təhrikedici qüvvə kimi insanın nəzərində və rəftarında təsir qoyur. İnsanın dini baxış və nəzərlərində problemlərin yaranmasına səbəb olur.  

O, əlavə etdi: Buna görə də din və mədəniyyət bir-biri ilə sıx əlaqədədirlər. Bir tərifə əsasən mədəniyyət etiqadlar, dəyərlər, əxlaq və rəftarlardan təşkil olunub. Bu tərifə əsasən Məhədəviyyət ideologiyasının mədəniyyətə təsirini önəmli hesab etmək olar. Çünki məhdəviyyət müxtəlif ünsürlərdən təşkil olunub. Müxtəlif sahələrə şamil olunur. Bunların toplumuna Məhdəviyyət mədəniyyəti deyə bilərik.

İxtisaslaşmış Məhdəviyyət mərkəzinin mütəxəssisi dedi: Bu ünsürlərin toplumu Məhdəviyyət mədəniyyətinin təsirini göstərir və müntəzir cəmiyyətinin fəal olmasına səbəb olur.

Höccətül-islam Müstəfəvi Məhdəviyyətin nəzərlərə təsiri haqda dedi: Mədəniyyət insanların inandığı bir sıra etiqadlardan təşkil olunub. Etqadın insanın rəftar və hərəkətlərinə təsiri çoxdur. Bu etiqad və inancalara əsasən hər bir insan rəftarlarında bir sıra işləri görür ya da bəzi işlərdən çəkinir.  http://shabestan.ir/detail/News/674689

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده