خبرگزاری شبستان

دوشنبه ۲ بهمن ۱۳۹۶

الاثنين ٦ جمادى الأولى ١٤٣٩

Monday, January 22, 2018

Servis Əsas səhifə Zaman :   Sunday, December 10, 2017 Xəbər kodu : 31819

Məzlumu müdafiə etmək insan hüquqlarının zirvəsidir
Şəbistan Xəbər Agentliyi: İslam məfkurəsində müsəlman olub olmamasından aslı olmayaraq, hər bir məzlum, zülmə məruz qalmış insanlar müdafiə edilməlidirlər. Bu onların insanlıq haqqıdır.

Almaniyanın tanınmış ali məktəblərindən birinin Tətbiqi Araşdırmalar kafedrasının üzvü dr. İsmayil Gəndomkar 10 dekabr Beynəlxalq İnsan Hüquqları günü münasibəti ilə Şəbistan Xəbər Agentliyinə müsahibə verdi.

 

Müsahibiz insanın öz mahiyyət və həqiqəti baxımından qərbliyə və  şərqliyə, müsəlman və qeyri - müsəlmana bölünmədiyini deyərək belə vurguladı:

 

İnsan öz mahiyyəti baxımından aləmdə tək fərdi gerçəklik, bir həqiqətə malik olan varlıgdır.

 

İnsanın malik oldugu haqların ona verilməsi haqqında danışan İsmayil Gəndomkar əlavə etdi:

 

Qərbin insan hüquqlarına yanaşma tərzi əhatəli və tam deyildir. Qərb insanşünaslıgı və qərbin ortaya qoyduğu, qaldırdıgı insan hüquqları mənfəət və faydaya əsaslanır. Belə ki, hər fərd yaşadıgı cəmiyyətdən nə qədər faydalana, nə qədər fayda verə bilər.

 

Qərbin insan hüquqları nəzarətsiz, şərt və qeyidsiz azadlıgı ortaya atır. Nəticədə ictimayətin bir çox dəyərləri və əxlaqi normativləri kənara gedir. Elə bil ki, insan gözünü həqiqətlərə baglayır. Sanki azadlıgdan başqa bir şey yoxdur. Bir halda ki, bir çox insan hüquqlarını da payımal edib ayagları altına alan məhz bu qeydsiz - şərtsiz azadlıqlardır.

 

İslam təfəkküründə isə insan zatən, xilqət və natursı baxımından azad yaradılıb. Yəni kiminsə qulu deyil və kimdnəsə aslı olmamalıdır.

 

İslam məfkurəsində müsəlman olub olmamasından aslı olmayaraq, hər bir məzlum, zülmə məruz qalmış insanlar müdafiə edilməlidirlər. Bu onların insanlıq haqqıdır.

 

http://shabestan.ir/detail/News/674936

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده