خبرگزاری شبستان

دوشنبه ۳۰ مهر ۱۳۹۷

الاثنين ١٢ صفر ١٤٤٠

Monday, October 22, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, December 10, 2017 Xəbər kodu : 31813

Mühasibə - qaçılmaz zərurət
Haqq yolda hərəkətin ilk qədəmi, nəfsin paklanması..

 

Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzərə nəsihət edərkən buyurur:

یَا اباذر! حَاسِبْ نَفْسَکَ قَبْلَ أَنْ تُحَاسَبَ، فَهُوَ أَهْوَنُ لِحِسَابِکَ غَداً، وَ زِنْ نَفْسَکَ قَبْلَ أَنْ تُوزَنَ، وَ تَجَهَّزْ لِلْعَرْضِ الْأَکْبَرِ یَوْمَ تُعْرَضُ لَا تَخْفَی عَلَی اللَّهِ خَافِیَةٌ،

“Ey Əbuzər! Səni (sorğu-suala çəkib) mühasibə etməmiş, öz hesabına yetiş ki, bu, sabah sənin hesabın üçün faydalı olacaq. Sən əməl tərəzisində ölçülməmiş, özünü “böyük hesab” (sorğu-sual) gününə hazırla; o gün ki, heç bir iş Allahdan gizli qalmayacaqdır.” (Cihad-ba nəfs”, Şeyx Hürr Amili, hədis 863.)

Peyğəmbəri-Əkrəmin (s) bu nəsihəti mühasibə ilə əlaqədardır. Rəvayətlərdə, xüsusilə də “Nəhcül-bəlağə”də “Nəfsin müsahibəsi” məsələsinə çoxlu təkidlər edilmişdir. Əxlaq ustadları haqq yolda hərəkətin ilk qədəmini, nəfsin paklanmasının ilk mərhələlərindən birini “mühasibə”də görürlər.

Bu məzmunun eynisi, başqa rəvayətlərdə də dəfələrlə yad edilmişdir: “Sizi mühasibə etməmiş, siz özünüzü mühasibə edin.”

Mühasibənin əsli və əməllərin yoxlanılması qaçılmaz bir işdir və hər kəsin özünə görə həyatda hesabatı olur. Xüsusilə də, ticarət sahəsində çalışanlar, sərmayə yatırıb, pul alıb-pul verənlər üçün hesabat aparmaq, xeyrini, zərərini araşdırmaq böyük əhəmiyyət daşıyır. Bazarda çalışan, işləri alış-veriş olanlar, adətən, ildə bir dəfə öz gəlir-çıxarlarını nəzərdən keçirir, hesab-kitab aparırlar. Amma bununla yanaşı, günün axırında, həftədə və ayda da öz hesablarını yoxlayırlar ki, ilin axırında hesabatları asan olsun. Əgər həmin tacir gündəlik, ya həftəlik və ya aylıq hesabına baxmasa, hesabların hamısı üst-üstə yığılıb qalsa, iş onun üçün çətinləşər. Bəzən belə diqqətsizliyin, işləri boşuna buraxmağın nəticəsində bağışlanılmaz səhvlər baş verir.

Söz ondadır ki, tacir diqqətlə öz ziyanını, xeyrini gözdən keçirib yoxladığı və bir qəpiyinin də o yan-bu yan olmasına yol vermədiyi kimi, mömin də özü ilə Allahı arasında haqq-hesabını yoxlamalı, hər bir əməlini çötkəyə vurmalıdır. Bu işində nəfsin məkrindən çəkinməli, nəfsinin onu aldatmasından qaçmalıdır ki, nəfs onun günahlarını təmizə çıxarmaqla öz əməlləri üzərində diqqətlə hesab aparmasına mane olmasın. Öz nəfsindən etdikləri barədə qənaətbəxş cavab tələb etməlidir. Qiyamətdə ilahi məmurlar ondan necə hesab tələb edəcəklərsə, o da özü ilə həmin şəkildə hesabat aparmalıdır.

Qayda üzrə, günahların hesabı əgər vaxtında tutularsa, bir-birinin üstünə yığılıb qalmazsa, daha dəqiq aparılmış olur və insan da düzgün nəticə əldə edir. Bu məsələnin bir tərəfi...

Başqa bir tərəfdən, əgər günahların hesabını təxirə salsaq, getdikcə hansı günaha mürtəkib olduğumuzu, nə qədər günahın üst-üstə yığılıb qaldığını unudarıq. Bundan başqa, öz günahlarımıza nəzarət etməyəndə onun çarəsi barədə götür-qoy da etmirik və etdiyimiz günahların da həcminə inanmağımız gəlmir. Əgər məndən soruşsalar ömründə, indiyə qədər nə qədər günah etmisən, çox insafım olsa deyərəm, min günah! Amma, dəqiqliklə gündəlik, həftəlik və ya aylıq günahlarımı qeydə alsaydım, hesab-kitab tutsaydım, onda məlum olardı ki, gündə, həftədə və ya ayda, bəlkə də mindən artıq günaha batmışam! Bütün günahlar üst-üstə yığılıb qalanda astronomik bir rəqəmə çevrilir. Biz qəflətdə oluruq, elə bilirik ki, əgər adam öldürməmişiksə, oğurluq etməmişiksə, deməli, əsas işlər öz qaydasındadır, yerdə qalan günahlar o qədər də mühüm deyildir. Bəlkə də kimsə bizə “günahkar” desə, etiraz edib deyərik: “Məgər biz nə günah etmişik ki?”Unutqanlıq insan nəfsinin xasiyyətidir!

Psixologiyada diqqət yetirilən məsələlərdən biri budur ki, insanın etdiyi səhvlərini, günahlarını yada salması, onların yenidən açılıb ağardılması, onu xəcalətli və başıaşağı edir. İnsan həmin məsələlərə yenidən qayıdılmasını istəmir, onları unutmağa çalışır.

Psixoloqlar unutqanlığın və yaddaşa ötürməyin yaranma mexanizminin öyrənilməsində çoxlu işlər görmüşlər. Yəni insanın bir şeyi necə unutmasını, hansı amillərin unutqanlıqda rol oynadığını və hansı amillərin yaddaşa ötürmə mexanizmini əmələ gətirdiyini öyrənməyə çalışmışlar. Təəssüflər olsun ki, araşdırılması həm dinimizə, həm də dünyamıza fayda verəcək bu mühüm məsələ barəsində biz çox az iş görmüşük.

Deməli, insan sevmədiyi şeyin özünə nisbət verilməsini istəmir. Psixoloqların araşdırmaları göstərir ki, insan hər bir günahdan və cinayətdən sonra özünə haqq qazandırmağa, əməllərini təmizə çıxarmağa cəhd edir. O, vicdan əzabından yaxa qurtarmaq, gördüyü əməlin ona verdiyi əzabı yüngülləşdirmək üçün həmin günahı öz vücudundan uzaqlaşdırmağa çalışır; başqa sözlə, özünü günahsız göstərməyə səy edir; çalışır ya günahı yaddan çıxarsın, ya da onu başqa birisinə – mühitə, şeytana, dünyaya, ictimai quruluşa və ya hər hansı digər amilə – nisbət versin. Bu yolla özünümüdafiəyə üz tutur. Əgər “müdafiə mexanizmi”nə yönəlmə meyli insanda güclənərsə və hər günahına bəraət qazandırmağa çalışarsa, özü haqqında insaflı hökmdən yayınarsa, bu hiss onun daha böyük cinayətlər törətməsinə zəmin yaradır. Çünki o, bu işlə özünü günahın qamçısından kənarlaşdırmış olur və onu günahın aqibətindən qorxudub çəkindirəcək heç bir narahatlığı və əziyyəti qalmır. Belə olur ki, günahın üzrü günahın özündən daha təhlükəli olur.

Çünki insanda özünəməhəbbət hissi var. Camaat yanında hörmətinin olmasını istəməsindən başqa, həm də öz yanında başıuca olmasını istəyir; öz vicdanı qarşısında xəcalətli olmaq istəmir, özünü naqis görməyi sevmir. Buna görə də, onda boşluq, naqislik yaranmasına səbəb olanları xatirəsindən silməyə çalışır. Çünki onların xatırlanması insanın öz gözündə özünü həqir və yüngül görməsinə səbəb olur və bu da insanın təbii meylinin əksinədir. Bu nöqtəyə diqqət yetirməklə, əgər bu arada insanın nöqsanlarını, səhv işlərini onun yadına salacaq amillər olmazsa, bu gedişlə onu böyük təhlükə gözləyir və yaxın gələcəkdə qarşısıalınmaz xəsarətlərlə üz-üzə dayanacaqdır. Bu cəhətinə görə, rəvayətdə insanın öz pis əməllərini yada salıb onların islahı üçün tədarük görməsinin ən yaxşı üsulları seçilmişdir. Əxlaq ustadları həmin rəvayətləri nəzərdə tutaraq “Meracus-səadət”, “Camius-səadət” və “İhyaul-ülum” kimi kitablarda nəfsinin paklaşmasını və cilovlanmasını, “seyri-süluk” yoluna qədəm qoymaq istəyənlərə üç mərhələni – “müşaritə”, “müraqibə” və “mühasibə” – keçməyi tövsiyə edirlər. (“Tuşeye-axirət” – Axirət azuqəsi, 2-ci cild, Ayətullah Misbah Yəzdi, səh. 44-47.)

Ardı var...

 

Maide.az

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده