خبرگزاری شبستان

شنبه ۱ اردیبهشت ۱۳۹۷

السبت ٦ شعبان ١٤٣٩

Saturday, April 21, 2018

Servis xəbərlərinin titri

Hacətlər qapısı Həzrət Əbülfəzl (ə)

Bizim əmimiz Həzrət Əbülfəzlin (ə) dolğun təfəkkürü, geniş baxışı və...

Servis Əsas səhifə Zaman :   Saturday, December 09, 2017 Xəbər kodu : 31811
Peyğəmbərin (s) həyat tərzi Ali Rəhbərin kəlamında;
Qədir-xum İslamın əhatəli olmasının və gələcəyə baxışının göstəricisidir
Şəbistan xəbər agentliyi: Qədir-xum Allah-taala Peyğəmbərə (s) verdiyi açıq-aşkar əmr idi. Peyğəmbər (s) bu əmri icra etdi. Qədir budur. Yəni, İslamın əhatəli olmasının , gələcəyə baxışının və İslam ümmətinin hidayətdə şərt olan şeyə diqqətinin göstəricisidir.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə görə Ali Rəhbərin çıxışlarından toplanmış "250 yaşlı insan" kitabında Peyğəmbərin (s) siyasi və mübarizəvi həyat tərzi haqda yazılır:

İslam quruluşunun möhkəmliyi

 Qədir-xum hadisəsi İslam tarixinin önəmli və mühüm hadisələrindən biri idi. Bu hadisəyə iki prizmadan iki baxışla baxmaq olar. Bir: Şiəyə aid olan cəhət. İki: Bütün İslam firqələrinə aid olan cəhət. Bu hadisənin ikinci baxışına əsasən  bütün müsəlmanlarda belə bir ruhiyyə və hiss yaranmalıdır ki, Qədir-xum bayramı bu böyük hadisəni xatırlayır. Yalnız şiəyə məxsus deyil.

Hadisənin birinci cəhəti qeyd etdiyimiz kimi şiələrə aiddir. Çünki bu hadisədə Əmirəl-möminin Peyğəmbər (s) tərəfdən xilafətə təyin olunub. Bu gün və hadisə baş verən zaman Peyğəmbər (s) ondan soruşulan bu suala : Ey Allahın rəsulu bu sizin əmrinizdir, yoxsa Allahın əmridir?-belə cavab verdi: Bu həm Allahın, həm də Onun rəsulunun əmridir.

 Şiələrin bu hadisəni önəmli saymasının səbəbi budur ki, onların etiqadı (İmam Əlinin (ə) xilafəti) əsasən bu hadisəyə söykənir. Tarix boyu bu hadisəyə istinad olunub və bu günə kimi davam edir. Mən minlərlə araşdırma aparılan bu hadisəyə nə isə əlavə etmək istəmirəm. http://shabestan.ir/detail/News/673870

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده