خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Thursday, December 07, 2017 Xəbər kodu : 31791
Otuz birinci beynəlxalq islami vəhdət konfransının kapanışında
Əraki: Ümid var ki, bu konfransda qeyd olunan çözümlər icra olunacaq
Şəbistan xəbər agentliyi: İslam məzhəblərini bir-birlərinə yaxınlaşdıran dünya təşkilatının baş katibi dedi: Ümid var ki, bu konfrans İslam dünyasının problemlərinin həlli üçün ən yaxşı çözümləri irəli sürmüşdür. Həmçinin ümidvarıq ki, bu konfransda qeyd olunan çözümlərin icrası üçün səy göstərəcəyik.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, İslam məzhəblərini bir-birlərinə yaxınlaşdıran dünya təşkilatının baş katibi Ayətullah Əraki (Azər ayının on altısı) cümə axşamı gecə Televiziya və Radio Yayımları Şirkətinin konfransları zalında keçirilən otuz birinci beynəlxalq islami vəhdət konfransının kapanış iclasında bu konfransın bütün iştirakçılarından təşəkkür edərək dedi: Mən şəxsən hövsələ və sevinclə bu üç gündə iştirak etdikləri üçün bütün qonaqlardan təşəkkür edirəm.

O, sözünü belə davam etdirdi ki, bu dövrədə yaxşı mövzular barədə bəhslər edildi. Proqramlaşdırmağa imkan olduğu qədər onları proqramlaşdıracağıq ki, nizamlı surətdə həyata keçməsi üçün təqibçi olaq.

İslam məzhəblərini bir-birlərinə yaxınlaşdıran dünya təşkilatının baş katibi təkid etdi ki, həyata keçməsi mümkün olan proqramların qəti şəkildə təqibçisi olacağıq.

Ayətullah Əraki xatırlatdı ki, Ümid var ki, bu konfrans İslam dünyasının problemlərinin həlli üçün ən yaxşı çözümləri irəli sürmüşdür. Həmçinin ümidvarıq ki, bu konfransda qeyd olunan çözümlərin icrası üçün səy göstərəcəyik.

Hər halda bu konfrans çox faydalı bir konfrans olmuşdur. Habelə dünya müsəlmanlarının vəhdətinə böyük töhfələr vermişdir.http://shabestan.ir/detail/News/674392

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده