خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Thursday, December 07, 2017 Xəbər kodu : 31790

Qüds işğal edilmiş Fələstin torpağıdır - səfir
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarı Fələstinin sülh cəhdlərinə vurulan güclü, dağıdıcı zərbə olaraq qiymətləndirilir. O, Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ərazilərin işğal edilməsinə dəstək verdiyini açıq şəkildə elan edib.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarı Fələstinin sülh cəhdlərinə vurulan güclü, dağıdıcı zərbə olaraq qiymətləndirilir. O, Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ərazilərin işğal edilməsinə dəstək verdiyini açıq şəkildə elan  edib.

Bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim SalamNews-a Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına  dair mövqeyi barədə  münasibət bildirərkən deyib.

 

Səfir deyib ki, beynəlxalq qanunvericilik baxımından Şərqi Qüds işğal edilmiş Fələstin torpağıdır: “Təəssüf ki, o Netanyahunun rəhbərlik etdiyi müstəmləkiçi, şovinist bir hökumətin yanında vasitəçi olmağa qərar verib. Bu hökumətdə ədalətli sülhə inanmayan, açıq şəkildə sülh cəhdlərinə olan düşmənçilikləri haqqında danışan və fələstinlilərə qarşı öz irqçiliklərini göstərən ən qatı ekstremist sionistlər cəmləşib. Bu yeni vəziyyətin fonunda ABŞ-ın bu qeyri-qanuni elanından sonra konstruktiv rol oynaması mümkünsüzdür. Təəssüf ki, D.Trampın çıxışı bütün fələstinlilər, ərəblər, müsəlmanlar, xristianlar və dünyada olan sülh tərəfdarlarının hisslərinə qarşı təxribatçı çıxış idi. O zülm və ekstremist qüvvələrə pulsuz hədiyyə bəxş edib”.  

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده