خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, December 07, 2017 Xəbər kodu : 31787
Otuz birinci beynəlxalq islami vəhdət konfransının ümumi toplantısında
Cəmali: Vəhdətə təkcə təkid etmək kifayət deyil
Şəbistan xəbər agentliyi: Afina müsəlmanlarının müftisi dedi: Bu gün vəhdətin olması bir zərurətdir. Vəhdətə Təkcə təkid etmək kifayət deyil. Həqiqətdə bu zəmində səy də göstərilməlidir. Bu zəmində səbirli olmalıyıq. Həmçinin bilməliyik ki, nicat və qələbə yolu vəhdətdədir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Afina müsəlmanlarının müftisi Seyyid Hafiz Camali Azər ayının on beşində Azadi hotelinin Zümrüd hotelində keçirilən otuz birinci beynəlxalq islami vəhdət konfransının ümumi toplantısında vəhdət yaratdıqlarına xatir İran İslam Respublikasından və İslam məzhəblərini bir-birlərinə yaxınlaşdıran donya təşkilatından təşəkkür edərək dedi: Bütün müsəlmanlar İslamın qarşısında məsuliyyət daşıyırlar. İslam Allahın bizə tapşırdığı bir əmanətdir. Həmin o əmanətdir ki, dağlar onu qəbul etməkdən aciz idilər.

O, sözünü belə davam etdirdi ki, əgər bu əmanəti doğru şəkildə qorumaq istəyiriksə, ilahi hökmləri və Quranı icra etməliyik. Allah buyurur: Bütün insanlar bir kişi və qadından yaranmışlar ki, sonra müxtəlif qruplara və tayfalara bölündülər. Bu qrupların da bir-birləri ilə əlaqələri olmalıdır. Bu əlaqə də həmin vəhdətdir.

O, təkid etdi ki, təəssüflər olsun ki, bir dəstənin İslam adı ilə tünd rəftarlarının şahidi oluruq. Həqiqətdə müsəlmanların bəzisi yollarını itirmiş və tünd rəftar edirlər. Bu gün bizim hamımız Həzrət Məhəmmədin ümməti qarşısında məsuluq və tünd rəftar etməyə haqqımız yoxdur.

O, xatırlatdı ki, xoşbəxtlikdən bu gün Avropada İslamın inkişafı yaxşıdır. İslamın bu Qitədə inkişaf etməsinin dəlili onun təhsil almış şəxslərin tərəfindən bəyan olunmasıdır. Bu zəmində media və kitabdan çox istifadə edirlər.

Bu gün vəhdətin olması bir zərurətdir. Vəhdətə Təkcə təkid etmək kifayət deyil. Həqiqətdə bu zəmində səy də göstərilməlidir. Bu zəmində səbirli olmalıyıq. Həmçinin bilməliyik ki, nicat və qələbə yolu vəhdətdədir.http://shabestan.ir/detail/News/674260

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده