خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Wednesday, December 06, 2017 Xəbər kodu : 31783
Hövzənin Məhdəviyyət təşkilatının müdiri dedi:
İmam Sadiqin (ə) şiənin qeybəti dərki üçün işlətdiyi metodlar
Şəbistan xəbər agentliyi: Əgər şiə qeybət əsrində İslamın əsil xətti üzrə hərəkət etmək və yolunu azmamaq istəsə, Allahın Quranda itaətini vacib buyurduğu şəxslərin əmrindən çıxmamalıdır. Yoxsa, vilayətdən uzaq olanlar kimi problemlərlə üzləşəcək.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsi: Hövzənin Məhdəviyyət təşkilatının müdiri Höccətül-islam Seyid İbarhim Məsumi İmam Sadiqin (ə) şiə cəmiyyətini qeybət əsrinə hazırlamsı və onun dərki haqda yazdığı məqalədə deyir:

Aşura hadisəsindən sonra dövrün hakmiyyətləri şiələrinin potensialından xəbərdar oldular, onları çətinlikdə saxladılar və əzab-əziyyətə saldılar. Bu çətinlik və problemin təsirindən onlar çətin həyat tərzi yaşadılar. Çoxlu əzab-əziyyətlərlə üzləşdilər. Əlbəttə şiələr problem və əzablara baxmayaraq, etqadlarından dönmədilər. İmamlardan başqasının hakimiyyətini qəbul etmədilər. Dövlətlərin əzab-əziyyəti və işkəncələrinə səbr etdilər və müqavimət göstərdilər. Məsum imamlar xüsusi ilə İmam Baqir və Sadiq (ə)  problemlər qarşısında səbr və müqavimət göstərməyə təkid etmişlər. Buna görə də Əməvi və Abbasilərin hakimiyyəti dövründə təqiyyə və mülayim davranmaq  metodunu şiələrə məsləhət gördülər.

 Təqiyyə və həqiqətləri ürəkdə saxlamağın şiələrin digər məzhəblərdə əriyib getməsi və şiəlikdən əsər-əlamət qalmayacağı qorxusu olduğuna görə İmam Baqir və İmam Sadiq (ə)  Əhli-beytin (ə) dostlarını və düşmənlərini tanımaq məqsədi ilə Əhli-beytin (ə) sevmək üçün təvəlla metodunu irəli sürdülər. Şiələr bu metodlara əməl etməklə həm təhlükədən uzaq qalacaq, həm də yollarını azmayacaqlar. Vilayət yolundan uzaqlaşmayacaqlar və səadət və xoşbəxtliyə nail olacaqlar.  http://shabestan.ir/detail/News/673511

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده