خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Wednesday, December 06, 2017 Xəbər kodu : 31782
İxtisaslaşmış Məhdəviyyət mərkəzinin ekspertinin Şəbistanla müsahibəsi:
İmam Zamanın (ə) ideal dövləti Peyğəmbərin (s) zəhmətlərinin nəticəsidir
Şəbistan xəbər agentliyi: İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Peyğəmbərin (s) sivilizasiya və hakimiyyət təşkil etməsi İmam Zamanın (ə) hakimiyyəti dövründə ən yüksək səviyyəyə çatacaq-deyərək, bildirdi: Peyğəmbərin (s) hədisinə əsasən Həzrət Mehdi (ə) ona ən bənzər şəxsdir.

 İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam vəl-müslimin Müctəba Cəlili fərd Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinə 17-Rəbiul-əvvəl Həzrət Rəsullahın (s) mövludu münasibəti ilə verdiyi müsahibə Peyğəmbərin (s) sivilizasiya yaratmaqda göstərdiyi səylərə və cahilliyi aradan qaldırmaq üçün gördüyü işlərə toxunaraq dedi: Peyğəmbərlər mədəniyyət və sivilizasiya yaradandır. Hətta onlar müxtəlif millətlərlə əlaqədə olduqlarına görə onların adət-ənənələrinə İlahi rəng vermişlər. Onların mədəniyyət yolu ilahi və tövhidi və ilahi mahiyyətə sahibdir. İslam peyğəmbəri (s) 23-il İslam yolunda yorulmadan çalışdı və İslam mədəniyyətinin bünövrəsini qoydu.

 O, bildirdi ki, İslam peyğəmbərinin (s) Mədniyə hicrəti İslam tarixinin önəmli hadisələrindən biridir. O, Mədinədə dövlət qurdu və vahid bir ümmət yaratdı. Bu böyük hadisə həmişə yaşayacaq. Bu hadisə İslam tarixinin başlanğıcı oldu.

 İmam Zaman (ə) İslam mənədiyyətini dirildəcək

Cəlili fərd İmam Zamanın (ə) zühur etdiyi zaman Peyğəmbər (s) kimi İslam mədəniyyətini dirildəcək və cahiliyyəti aradan qaldıracağını bildirərək dedi: Məhdəviyyət haqqında buyurulan hədislərdə gəlmişdir ki, Peyğəmbər buyurur: İmam Zaman (ə) yer üzünü ədalətlə dolduracaq. Necəki yer üzü zülmlə dolmuşdur. Bunun mənası budur ki, zühurdan öncə yer üzü müxtəlif sahələrdə zülmlə dolacaq. İmam Zaman (ə) bu zülmü aradan qaldıracaq və cahilliyi məhv edəcək.   http://shabestan.ir/detail/News/674178

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده