خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, December 06, 2017 Xəbər kodu : 31781
Otuz birinci beynəlxalq islami vəhdət konfransında
Bu gün İslam dünyası vəhdət konfransının keçirilməsinə ehtiyaclıdır
Şəbistan xəbər agentliyi: Sünni alimi məntəqənin bu günkü şəraitində vəhdət konfransının keçirilməsinin zərurəti barədə dedi: Dünyanın bu günkü şəraitində biz vəhdət konfransının keçirilməsinə ehtiyaclıyıq. Buna görə də İslam ümmətinin gələcəyi və vəhdətin əsaslarının möhkəmlənməsi üçün yaxşı qərarlar verilməlidir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, sünni alimi Əbdür-Rəzzaq Axund Rəhbər Azər ayının on dördü otuz birinci beynəlxalq islami vəhdət konfransında İslam İnqılabının qələbəsinə və İmam Xumeyninin (rəh) göstərişlərinə işarə edərək dedi: İmam Xumeyninin (rəh) İrandakı göstərişləri bir dalğa yaratdı ki, bütün islam dünyasını əhatə etdi.

O, sözünü belə davam etdirdi ki, İran İslam İnqılabından nəşət tutmuş islami oyanış dalğası indi məntəqə ölkələrini əhatə etmişdir. Bu məsələ də Amerikanın başçılığı ilə bütün istikbar cəbhəsinin narahatlığına səbəb olmuşdur.

Bu sünni alimi təkid etdi ki, Dünyanın bu günkü şəraitində biz vəhdət konfransının keçirilməsinə ehtiyaclıyıq. Buna görə də İslam dünyasının alimləri bir yerə toplanmışlar ki, İslam ümmətinin gələcəyi və vəhdətin əsaslarının möhkəmlənməsi üçün yaxşı qərarlar versinlər.

Axund Rəhbər xatırlatdı ki, biz İslam ümməti bir-birinə birləşmiş zəncir kimiyik. Bu zəncirin halqalarından biri qırılsa, onun möhkəmliyinə ümidvar ola bilmərik. Buna görə də intizarımız var ki, öz aydınlığımızla cəmiyyətdə vəhdətin əsaslarının möhkəmlənməsində rol oynamalıyıq.

O, sonda dedi ki, İşidin məhv edilməsində və müqavimət cəbhəsinin qələbəsində Ali Rəhbərin tövsiyələri çox faydalı olmuşdur. Ümidvarıq ki, İslam dünyasının alimlərinin bir-birləri ilə əlaqələri günbəgün möhkəmlənəcəkdir.http://shabestan.ir/detail/News/674176

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده