خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, December 06, 2017 Xəbər kodu : 31777
Otuz birinci beynəlxalq islami vəhdət konfransı
Yeni İslam sivilizasiyasının yaranması vəhdətdən asılıdır
Şəbistan xəbər agentliyi: Məzhəbləri bir-birlərinə yaxınlaşdıran dünya təşkilatının baş katibi Ayətullah Əraki qeyd etdi ki, İslam cəmiyyəti vahid bir şəxsiyyətə bürünməli və vahid bir ümmət olmalıdır. İslam xalqlarının birlik mərhələsi qərb və Amerikanın mədəni istikbar hücumlarının qarşısında başlamışdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, otuz birinci beynəlxalq islami vəhdət konfransı Prezident Höccətül-islam vəl-müslimin Həsən Ruhaninin, məzhəbləri bir-birlərinə yaxınlaşdıran dünya təşkilatının baş katibi Ayətullah Ərakinin və İslam ölkələrinin rəhbərlərinin bir dəstəsinin iştirakı ilə rəhbərlərin iclas zalında keçirildi.

Məzhəbləri bir-birlərinə yaxınlaşdıran dünya təşkilatının baş katibi Ayətullah Əraki qeyd etdi ki, İslam cəmiyyəti vahid bir şəxsiyyətə bürünməli və vahid bir ümmət olmalıdır. İslam xalqlarının birlik mərhələsi qərb və Amerikanın mədəni istikbar hücumlarının qarşısında başlamışdır.

O, bu kokfransda Ayətullah Məkarim Şirazinin məktubunu oxuyaraq dedi: Bu konfransın əsas mesajı budur ki, İslam cəmiyyəti düşmənlərinin mədəni, hərbi və iqtisadi hücumlarının qarşısında vahid bir baxış, dil və hədəflə birləşmişdir və bu hücumların qarşısında dayanacaqdır.

Biz bu gün elan edirik ki, İslam düşmənlərinin İslam ölkələrinə hücüm mərhələsi sona çatmışdır. İndi İslam xalqlarının ayağa qalxması mərhələsi başlamışdır. Həmçinin İslam dünyasının bu birlik olaraq ayağa qalxması yeni bir hərəkətlə yaranmışdır.

O, qeyd etdi ki, intizarımız var ki, bu iclas yeni İslam sivilizasiyasının yaranması üçün zəmin yaradacaq. Çünki, biz müsəlmanlar dünyada bir milyard yarımdan çoxuq. Həmçinin dünyanın enerjisinin yetmiş faizdən çoxu bu islami məntəqələrdə yerləşmişdir.http://shabestan.ir/detail/News/673987

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده