خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, December 06, 2017 Xəbər kodu : 31776
Məscidlərin işlərinə nəzarət edən mərkəzin rəhbəri
Peyğəmbərin (s) ən mühüm istəyi İslam ümmətinin birlik olmasıdır
Şəbistan xəbər agentliyi: Məscidlərin işlərinə nəzarət edən mərkəzin rəhbəri Allahdan itaət etməyin Peyğəmbərdən (s) itaət etməkdən asılı olduğuna işarə edərək dedi: İslam ümmətinin bir-birləri ilə birlik olmaları üçün səy və çalışmaları Peyğəmbərin (s) ən mühüm istəyi və arzusudur.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, məscidlərin işlərinə nəzarət edən mərkəzin rəhbəri Höccətül-islam vəl-müslimin Məhəmməd Cavad Hacı Əliəkbəri İslam İnqılabı şəhidləri mədəniyyət mərkəzində keçirilən Səhifə Səccadiyyənin izahının silsiləvar məclisində Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mübarək təvəllüdlərini təbrik edərək dedi: İslam ümmətinin bir-birləri ilə birlik olmaları üçün səy və çalışmaları Peyğəmbərin (s) ən mühüm istəyi və arzusudur.

O, əlavə etdi ki, Peyğəmbərə (s) bənzəmək və o Həzrəti bütün işlərdə özünə örnək almaq müsəlmanların ən önəmli düşüncəsi olmalıdır.

Məscidlərin işlərinə nəzarət edən mərkəzin rəhbəri Allahdan itaət etməyin Peyğəmbərdən (s) itaət etməkdən asılı olduğuna işarə edərək dedi: İtaət etmək səbəb olur ki, itaət edənlə itaət olunanın arasında uyğunluq yaransın. Buna görə də Peyğəmbərin (s) göstərişlərindən itaət etmək o Həzrətə bənzəməyə zəmin yaradır. O Həzrətə bənzəyən şəxslər həbibullah (Allahın sevdiyi) olurlar.

O qeyd etdi ki, Allah bütün məxluqatın içərisindən Peyğəmbəri (s) seçdi. Allah Peyğəmbəri (s) çox sevir. Buna görə də insan özünü Peyğəmbərə (s) nə qədər bənzədə bilirsə, o qədər də Allahın sevgisini qazanmış olur.

O, xoş əxlaq sahibi olmağı  Peyğəmbərə (s) bənzəməyin meyarı olduğunu bildirdi.http://shabestan.ir/detail/News/673940

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده