خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, December 06, 2017 Xəbər kodu : 31774

Sonuncu Peygəmbərin (s) “aləmlərə rəhmət” adlandırılmasının sirri
Şəbistan Xəbər Agentliyi: Qurani - Kərim sonuncu peygəmbəri “rəhmətun lil - aləmin”, yəni aləmlərə rəhmət olaraq vəsf edir.

Şəbistan Xəbər Agentliyi: Bu gün rəbiul - əvvəl ayının 17- si, (dekabr ayının 6-sına təsadüf edir) Məhəmməd Peygəmbər (s) -in doğum günüdür.

 

Qurani - Kərim sonuncu peygəmbəri “rəhmətun lil - aləmin”, yəni aləmlərə rəhmət olaraq vəsf edir.

 

Məhz bu xüsusiyyət və səciyyə barəsində öz fikirlərini bildirmək üçün höccətül - islam vəl - müslimin İzzəddin Rzanejada müraciət etdik.

 

Ruhani dedi: Peygəmbərimizin səciyyə və ilahi xüsusiyyətləri həm Qurani - Kərimdə, həm də hədis və tarix mənbələrində verilmişdir.

 

Ənbiya surəsinin 107 - ci ayəsində “Biz səni aləmlərə rəhmət olaraq göndərdik” deyə buyurulur:

 

وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ

 

Əvvəla ayənin mesajı bundan ibarətdir ki, Allah insanları və bütün kainatı yaratdıqda onların təqva , iman və islahını nəzərədə tutmuşdur və bu misiyanı bizim peygəmbərimizin təlimləri vasitəsi ilə həyata keçirdmək iradəsin nümayiş etdirmişdir. Buna görə də Allah Məhəmməd Peygəmbər (s) - ı bütün aləmlər üçün, bütün insanlar üçün göndərmişdir. Məxsusi şəxslər və xüsusi bir tayfanı nəzərə almamamışdır. Buna görə də peygəmbərimizin misiya və çağırışı külli kaınata, bütün varlıq aləmini aid edilir. Məhz bu üzdən, Allah “aləmlərə Rəbb” olduguna görə və onun rübubiyyəti, yəni pərvərdigarlıgı bütün aləmlərə şamil olduguna görə feyz vasitəsi, yəni Allahın xüsusi inayət və rəhmətini xalqa çatdıran məcra və kanal da bütün aləmlərə şamil olur və bu məcra – feyz vasitəsi Məhəmməd Peygəmbər (s) - dir. İlahi mərhəmət Onun vasitəsi ilə həyata keçir. Lakin yaddan çıxartmayaq ki, bu rəhmətin büruz verməsi, zühura çıxmagı, meydana gəlməsi, başqa sözlə desək aktual olması üçün qarşı tərəfin yəni insanların da Onu qəbul etməsi zəruri şərtlərdəndir.

 

http://shabestan.ir/detail/News/673133

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده