خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, December 06, 2017 Xəbər kodu : 31771
İslam dünyasının işləri üzrə Ali Rəhbərin məşvərətçisi
Mötədillik İslam ümmətini vəhdətə tərəf sövq verir
Şəbistan xəbər agentliyi: İslam dünyasının işləri üzrə Ali Rəhbərin məşvərətçisi qeyd etdi ki, İslam sivilizasiyasına nail olmaq üçün müzakirələr aparmalıyıq ki, vəhdətə səbəb olan amilləri əldə edə bilək. O, həmçinin dedi ki, mötədillik İslam ümmətini vəhdətə tərəf sövq verə bilər.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Prezident Höccətül-islam vəl-müslimin Həsən Ruhaninin,  məzhəbləri bir-birlərinə yaxınlaşdıran dünya təşkilatının baş katibi Ayətullah Ərakinin və İslam ölkələrinin rəhbərlərinin bir dəstəsinin iştirakı ilə rəhbərlərin iclas zalında keçirildi.

İslam dünyasının işləri üzrə Ali Rəhbərin məşvərətçisi Ayətullah Məhəmməd Əli Təsxiri bu konfransın davamında Quranın yeni İslam sivilizasiyasının birinci əsası olduğuna işarə edərək dedi: İslam vəhdətinin yeni İslam sivilizasiyasını əldə etmək üçün bir müqəddimədir. İslam Peyğəmbərinin (s) sünnəsi isə yeni İslam sivilizasiyasını təşkil etmək üçün ikinci əsas sayılır.

O, qeyd etdi ki, Quran vəhdət kitabıdır. Həmçinin bu səmavi kitabın vəhdətə yetişəcək bütün yollara təkid etdiyini xatırladaraq dedi: Bu sahədə Peyğəmbərin (s) sünnəsi yeni İslam sivilizasiyasının ikinci əsası kimi qeyd olunur.

O, qeyd etdi ki, ixtilaf ona görə pis sayılmışdır ki, insanı küfrə tərəf sövq verir. Buna görə də Quran buyurur ki, ixtilaf İslam ümməti üçün əzabdır.

O, dedi ki, əgər bir-birimizlə ünsiyyətimiz və mehribançılığımız olmasa, fəsada bulaşacayıq. Kafirlər İslam ümmətini məhv etmək üçün bir-birləri ilə biləşiblər. Beləliklə, bu vəziyyətdən yeganə çıxış yolu küfrün qarşısında birləşməkdir.

İslam dünyasının işləri üzrə Ali Rəhbərin məşvərətçisi qeyd etdi ki, İslam sivilizasiyasına nail olmaq üçün müzakirələr aparmalıyıq ki, vəhdətə səbəb olan amilləri əldə edə bilək. O, həmçinin dedi ki, mötədillik İslam ümmətini vəhdətə tərəf sövq verə bilər.

http://shabestan.ir/detail/News/674098

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده