خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, December 06, 2017 Xəbər kodu : 31770

Ayətullah Məkarim Şirazi 31-ci beynəlxalq islami vəhdət konfransına məktub göndərdi
Şəbistan xəbər agentliyi: Vəhdət həftəsi münasibəti ilə Ayətullah Məkarim Şirazi Otuz birinci beynəlxalq islami vəhdət konfransına mesaj göndərdi.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, vəhdət həftəsi münasibəti ilə Ayətullah Məkarim Şirazi Otuz birinci beynəlxalq islami vəhdət konfransına mesaj göndərdi.

O məktubun bir hissəsini sizə təqdim edirik:

بسم الله الرحمن الرحیم

Hər şeydən qabaq lazım bilirəm bu mübarək günləri İslamın əziz Peyğəmbərinin (s) səadətli təvəllüd günlərini siz əzizlərin hər birinizə təbrik deyirəm.

Sonra İslamın əziz Peyğəmbərinin (s) adı sayəsində təşkil olunmuş bu əzəmətli vəhdət konfransını bütün təşkilatçılara və siz əziz iştirakçılara təbrik deyirəm. Çox mühüm hədəfiniz var ki, bu gün hər nədən zəruridir.

Hamımız bilirik ki, düşmənlərimiz əl-ələ veriblər. Onların doğru olmayan mənfəətlərinin qarşısında ən böyük maniə İslamdır. Müsəlmanların vəhdətinin faydalarını İranda, İraqda və Suriyədə təcrübə edərək gördük.

Allaha şükürlər olsun ki, müsəlmanlar bu gün vəhdətin əhəmiyyətini anlayıblar. Onların alimləri və rəhbərləri hamını vəhdətə səsləyir və təkid edirlər ki, sahib olduqları məzhəblərin müqəddəslərinə ehtiram qoysunlar.

Əlbəttə, ifrata varmış az bir dəstə də var ki, ixtilaf meydanının od daşıyanıdırlar. Amma onların fikirləri və fəaliyyətləri günbəgün zəifləyir. Bizi inşaallah işıqlı gələcək gözləyir.

Bir dəfə də sizin bu bərəkətli konfransdakı pak hisslərinizə görə sizə təşəkkür edirəm. İslamın əzəmətini onun tərəfdarlarının vəhdəti ilə birlikdə Böyük Allahdan istəyirəm.

والسلام علیکم و رحمه الله و برکاته

Nasir Məkarim Şirazihttp://shabestan.ir/detail/News/674042

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده