خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 05, 2017 Xəbər kodu : 31763
İslam təfəkkürü və mədəniyyəti elmi-tədqiqat mərkəzinin elmi üzvünün Şəbistanla müsahibəsi:
İntizar və gözəl gələcəyə ümid, dioloq və mədəniyyətləri birləşdirir
Şəbistan xəbər agentliyi: Gələcək yaratmaq və gözəl dünya yaratmaq üçün bu gələcəyin yaranmasına və üstün mədəniyyətin meydana gəlməsinə təsir göstərən bütün fikirləri, dioloqları, mədəniyyətləri və qabiliyyətləri ayağa qaldırmaq lazımdır. Btün bu ünsürlər dünya müsəlmanlarını birləşdirə bilər.

 İslam təfəkkürü və mədəniyyəti elmi-tədqiqat mərkəzinin elmi üzvü Höccətül-islam vəl-müslimin Möhsin Mühacirniya  Şəbistan  xəbər agentliyinin Məhdəviyyət bölməsinə verdiyi müsahibəsində "İntizar İslam dünyasına vəhdət yaradan amillərdəndir"-mövzusunda danışaraq dedi: Bizim intizara vəhdət bəxş edən və İslam dünyasında birlik yaradan ünsür kimi baxışımızı müxtəlif prizmalardan araşdıra bilərik. Bu yollardan biri bütün məzhəb və firqələrin qəbul etdiyi intizarı düzgün formada açıqlamaqdır.

 O, əlavə etdi: Bu mövzunu düzgün formada açıqlayanda anlayırıq ki, bütün İslam məzhəbləri, hətta bütün İlahi dinlər xilaskara inanırlar. Bəziləri ümumi, bəzisi xüsusi və nümunəvi formada. Əhli-beyt (ə) məktəbinin davamçıları xilaskara xüsusi formada inanır.

Höccətül-islam Mühacirniya bildirdi: Bütün İslam məzhəbləri xilaskarı qəbul edir. Əgər bu inancı vəhdət bəxş edən bir amilə çevirmək istəsək, bu inancın üzərində işləməliyik və müştərək cəhətlərini açıqlamalıyıq.

 İslam təfəkkürü və mədəniyyəti elmi-tədqiqat mərkəzinin elmi üzvü dedi: İmam Zamanın (ə) intizarı elə bir mövzudur ki, əgər gözəl formada açıqlansa, vəhdətə səbəb olar. Çünki intizar mədəniyyət yaradan amillərdəndir. Üç mehvərə şamil olur. 1-biz hazırkı vəziyyətdən naraıyıq. Bu mövzunu bütün firqələr qəbul edir.

İkinci mehvər, gözəl gələcəyə ümid

Üçüncü mehvər: Gözəl gələcəyə ümid bəsləmək.

http://shabestan.ir/detail/News/673545

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده