خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Sunday, December 03, 2017 Xəbər kodu : 31732

Bir məscidin taleyi
Söhbət ermənilər tərəfindən vandalizmə uğradılan Ağdam cümə məscidindən gedir.

Söhbət ermənilər tərəfindən vandalizmə uğradılan Ağdam cümə məscidindən gedir.

 

Ermənistan tərəfindən işğal altında saxlanan Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində azərbaycan xalqına məxsus islam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdır, tamamilə məhv edir, xristian dövrü abidələrinin isə formasını və ya divar yazılarını dəyişdirərək bu abidələrin ermənilərə məxsus olduqlarını iddia edirlər. Ermənistan hökuməti, öz işğalı altında saxladığı Azərbaycan ərazilərini məcburi şəkildə erməniləşdirməklə, bu torpaqları mənimsəməyə çalışırlar. Ərazilərin erməniləşdirilməsi əsasən toponimlərin və tarixi abidələrin divar yazılarının dəyişdirilməsi ilə aparılır. Burada daha çox zərər müsəlman dini abidələrinə, xüsusən də, məscidlərə dəyib.  Bu siyahıya Ağdam cümə məscidi də daxildir.

 

Ağdamın cümə məscidi 1868–1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaldıb. Ağdam cümə məscidinin ibadət otağında planının əsasını ortasında dörd sütun olan ənənəvi dördkünc ərazi təşkil edir. Ərazinin şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası ibadət yerinin sahəsini genişləndirib onu düzbucaqlı edib.

 

İbadət otağının cənub divarının ortasında uca mehrab taxçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulub. İbadət otağı yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.

 

İbadət otağının interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılıb. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilib, açıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilib.

 

Şimal fasadın künclərində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə dördkünc görkəm verib. Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. İç yerləşgələri günbəz, tağ və tağbəndlərlə örtülü olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ zonası üçün ənənəvi olan dördenişli bütöv çardaqla örtülüb. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənib. 

 

Ağdam məscidi ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalıb. Bu məscid erməni işğalından bir ay sonra üzərinə benzin tökdürülərək yandırıldı. Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verildiyi barədə erməni mətbuatından məlumatlar əldə edilib.

 

Məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, dağıdılıb və  tamamilə yararsız hala salınıb. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq avadanlıqları qarət edilərək Ermənistana daşınıb.

 

Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılıb. Ermənilər 10 ildən çox bir müddət ərzində  Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxladılar, yəni məsciddən uzun illər tövlə kimi istifadə etdilər. Bu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən çox qəddar bir vəhşilik idi.

 

2016-cı ildə Ermənistan prezidenti Serj Sərkisyanın İrana səfəri ərəfəsində Ağdam cümə məscidinin içərisini peyindən təmizləmək üçün erməni ordusunun Qarabağdakı komandanlığına   göstəriş verildi. Bir ay ərzində məscidin içərisi və ətrafı erməni əsgərləri tərəfindən peyindən təmizləndi.

 

Ağdam məscidi erməni təcavüzündən sonra aşağıdakı dəyişikliklərə məruz qalıb: 

 

• Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilib. 

 

• Məscid erməni işğalından bir il sonra üzərinə benzin tökdürülərək yandırılıb.   

 

• Məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınıb.

 

• Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılıb.

 

•  Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılıb.

 

• Ermənilər 10 ildən çox bir müddət ərzində  Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxladılar. Məsciddən tövlə kimi istifadə etdilər.

 

Faiq İsmayılov,

AMEA Hüquq  və İnsan Haqları İnstitunun əməkdaşı

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده