خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Thursday, November 30, 2017 Xəbər kodu : 31698

Mübariz Qurbanlı: “Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq”
Yeni qərar qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və sairə məsələlər həmin qaydalarla tənzimlənəcək

“Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərar təsdiqlənəcək qaydalara uyğundur. Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq. Burada islami dəyərlərə, milli adət-ənənələrə zidd heç nə yoxdur. Məzarlar biri digərindən kəskin şəkildə fərqlənə bilməz”.

Islam.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, “Məzarlıqlar haqqında” layihə Nazirlər Kabinetindədir: “Qərar layihəsi demək olar bütün instansiyalardan keçib, müvafiq nazirliklərin, ekspertlərin rəyi alınıb. Yeni qərar qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və sairə məsələlər həmin qaydalarla tənzimlənəcək”.

Dövlət Komitəsinin sədri Bakıda qəbiristanlıqlarda məzar yerlərinin çatışmazlığı məsələsinə də münasibət bildirib. M. Qurbanlı qeyd edib ki, şəhərin ətrafında olan, vaxtilə şəhərdən kənarda olan, indi isə şəhərin ətrafında olan qəbiristanlıqlarda yer çatışmazlığı ola bilər: “Bakı böyük şəhərdir, günü-gündən genişlənir. Bu hal yalnız bizim şəhərə aid deyil, bütün böyük şəhərlərdə bu cür hallarla qarşılaşılır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbiristanlıqlar üçün yeni yerlərin ayrılması istiqamətində müvafiq tədbirlər görülür. “Məzar yerləri satılır” ifadəsi doğru deyil. Məzar yerləri satılmır, məzar yerləri insanlara pulsuz verilməlidir. Yeni qaydalarda bu tam aydın şəkildə öz əksini tapıb. Hətta dəfn xərcləri ilə əlaqədar olaraq dövlət sosial proqramlara uyğun olaraq vətəndaşlara yardımlar göstərir. Əgər hardasa “məzar yerləri yoxdur” yazılıbsa, ola bilər həqiqətən yer yoxdur. Komitənin adında “din” sözü olduğuna görə, hamı elə bilir məzarlıqlar, məzarlıqların idarə olunması, məzar yerlərinin ayrılması və s. bizim səlahiyyətimiz daxilindədir. Lakin həm əsasnaməmiz, həm də qanunvericilik komitənin burada hər hansı bir məsələyə müdaxiləsinə yol vermir. Məzarlıqlarda yerlərin ayrılması digər qurumların səlahiyyətinə aiddir. Gələcəkdə qaydalar təsdiq edildikdə, müvafiq icra hakimiyyəti bununla məşğul olacaq. Hətta Dövlət Komitəsinə bəzi məsələlərə nəzarət funksiyası verilə bilər”.

Qeyd edək ki, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده