خبرگزاری شبستان

سه شنبه ۱ اسفند ۱۳۹۶

الثلاثاء ٥ جمادى الثانية ١٤٣٩

Tuesday, February 20, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, November 30, 2017 Xəbər kodu : 31695

Kəbin və izdivac mərasimlərinin məscidlərdə təşkilini şəriət qadağan etmir
Şəbistan Xəbər Agentliyi: Əgər məscidlər günün tələblərinə cavab verməyib müasirliklə ayaqlaşmasalar, gənc nəsilin məscidə cəzb edilməsində müvəffəqiyyət əldə edə bilməyəcəklər.

 

 

Kəbin və izdivac mərasiminin məscidlərdə keçrilməsi şəriətdə irad sayılmır

 

 

Şəbistan Xəbər Agentliyi: Məscid həm ibadət, həmdə ictimai fəaliyyətlərin mərkəzində dayanan müqəddəs bir məkandır. İnsanlar Allahın kəlamlarını, şəri məsələlərini və Əhli - beytin (ə) təlimlərini məhz bu ibadət ocağında öyrənirlər. Buna görə də məscidlər xalq kütlələri ilə daima sıx tamasda olmagın ən gözəl məkanı kimi xarakterizə edilir.

 

 

Əgər məscidlər günün tələblərinə cavab verməyib müasirliklə ayaqlaşmasalar, gənc nəsilin məscidə cəzb edilməsində müvəffəqiyyət əldə edə bilməyəcəklər.

 

 

Bu və bənzər mövzuda söhbət aparmaq üçün Şəbistan Xəbər Agentliyinin müxbiri höccətül - islam vəl - müslimin

Seyid Məhəmməd Rza Larasanı ilə söhbət masası arxasında oturdu.

 

Ruhani bildirdi ki, məscidlərdə kəbin və izdivac mərasimlərinin təşkil olunması şəriətimiz tərəfindən qadagan edilməyib. Yəni bu işin şəri iradı və qadagası yoxdur. Əksinə, gözəl və bəyənilmiş adətlərdəndir. Qədimdə alim və ruhanilər cavanların əqdnamələrini oxumaq, kəbinlərini kəsmək üçün məhz elə bu məkanlardan istifadə edərdilər. Düzdür ki, bu gün izdivac və nikahın qeydə alınması üçün dövlət orqanlarına müraciət edilir. Lakin əqd mərasimlərinin məscidlərdə ya böyük alimlər və mərceyi - təqlidlərin evlərində təşkil edilməsinin xüsusi bir bərəkət və mənəvi dəyəri olacaqdır. Belə ki, onlar (qız və oğlanlar) kəbin vasitəsi ilə məhrəm olduqdan sonra izdivaclarını qeydə aldırmaq üçün dövlət orqanlarına müraciət edə bilərlər.

 

http://shabestan.ir/detail/News/672501

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده