خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Thursday, November 30, 2017 Xəbər kodu : 31694

Niyə bizim cəmiyyətimizdə elm inkişaf etmir?
Şəbistan Xəbər Agentliyi: Bir kəs ciddi şəkildə araşdırmalar aparıb nəticə olaraq gözəl bir əsəri ortaya qoyursa, o əslində öz şəxsiyyətinə yeni mövlud bəşx edib, təzədən dünyaya gətirir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu gün Tehran Universitetində təşkil edilən elmi konfransda çıxış edən İranda fəaliyyət göstərən İslam Mədəniyyət və Düşüncələri Araşdırmalar Mərkəzinin direktoru və təsisçisi Ayətullah Əli Əkbər Rəşad elmi araşdırmaların dəyərindən, dünənki və bugünki tədqiqat metodları və elmi yanaşmalardan söz salıb.

 

Ayətullah çıxışında deyib: Əgər bir kəs ciddi şəkildə araşdırmalar aparıb təbqiqatlar həyata keçirirsə və nəticə olaraq gözəl bir əsəri ortaya qoyursa o əslində özünü yenidən mövlud edib, öz şəxsiyyətini yenidən dünyaya gətirir.

 

Müsəlmanların elmi mədəniyyəti və şiə dini elmi hövzələri arasında çoxlu elmi ənənələr olmuş və gəlib bizə çatmışdır. Onların üzərində dəqiq düşünüb, fikirləşmək lazımdır. Belə edəriksə, onların əhəmiyyəti ortaya çıxar. Məsələn, qədimdə bizim dini elmi hövzələrimizin ənənəsi bundan ibarət idi ki, yazılan əsərlərə haşiyələr, təliqələr, şərhlər yazılardı. Əlbəttə, bu müstəqil əsər yazmagın və necə deyərlər yeni elmi nəzəriyyələrin ortaya qoyulmasının qarşısını almazdı. Lakin bu gün isə yalnız bu işlərə kifayətlənirik.

 

Ona görə də adətən elmi inkişaf bir o qədər də baş vermir. Nəyə görə son dövrdə müstəqil əsərlər oldugca az yazılıb? Daha çox sələflərin elmi mirası və əvvəlki alimlərin sözləri birbaşa nəql edilir. Halbuki bu, elmi irad və eyib sayılır.

 

Alim daha sonra əsərlərdən iqtibas, hətta onların üzündən köçürmək kimi halların çoxaldıgından təəssüfləndiyini bildirdi və “elmi ogurlugu”, təfəkkürdə təqlidi, köçürmək kimi halları şiddətlə tənqid etdi.

 

http://shabestan.ir/detail/News/672538

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده