خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, November 29, 2017 Xəbər kodu : 31693

Elm və sülh
Şəbistan Xəbər Agentliyi: Əsl elm və sülh bir - birlərinin kənarındadır və bir - birlərindən ayrılmazdırlar.

 

“Sabit sülh”; əxlaq və rasionalizmlə yanaşı olan elmin sovgatı

 

 

İranda fəaliyyət göstərən Xarəzmi adına İnistitutun müəllimi doktur Qulaməli Məsuminiya Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində elm və sülhün əlaqələrindən danışdı.

 

O, müxbirimizin “Elm və sülhün arasında hansı əlaqələr vardır, elm dalanından sülhə çatmaq olarmı?” sualına belə cavab verdi: Əgər biz bəşəriyyət tarixində elmin və alimin roluna baxsaq, onların özlüyündə dəyərli oldugunu görürük. Çünkü elmə insanı təkamülə yetişdirən bir amil kimi baxırdılar. Buna görə də alimlərə də hörmət qoyurdular. Bütün şərq ictimaiyyətinin elm və alimə baxışı belə idi.

 

Bu mədəniyyət müsəlman ölkələrinin arasındada qalmışdı və dinimizdə də bunun nümunə və işarçılarını tam görürük. Belə ki, Mücadilə surəsinin 11 - ci ayəsində alimlərin məqam və dərəcələrini ucalığı zikr edilir.

 

O cümlədən də Əmirəl - möminindən (ə) nəql olunmuş hədisdə də deyilir ki, “Mələklər öz qanadlarını elm toplayanlar üçün açırlar və özlərinin bu əməlinə razı olub sevinirlər”.

 

Elmə alət kimi baxmaq onu müharibələrin xidmətçisinə çevirmişdir

 

Bütün bunlar elm və alimin dəyəri çatdırır. Lakin çox təəssüflər olsun ki, müasir dünyada, xüsusən qərbdə elmin bu məqamı titrəmiş, sarsılmış və ona əvvəlki baxışdan bir əsar - əlamət qalmamışdır. Bu böyük azgınlıgdır. Onlar elmi öz məqsədlərinin qulluğunda saxlayır, ondan alət, xidmətçi kimi istifadə edirlər. Daha dəqiq desək, alim və müəlliflər müharibələrin xidmətində dayanır. Onlar daha çox qələbə qazanmaq üçün və müharibələrdə udmaq üçün vasitələr və nəzəriyyələrin yaradıcılarına çevrilirlər.

 

Buna görə də biz o elmi əsl elm saya bilmərik. Əsl elm və sülh bir - birlərinin kənarındadır və bir - birlərindən ayrılmazdırlar.

 

http://shabestan.ir/detail/News/672373

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده