خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, November 29, 2017 Xəbər kodu : 31689

Nəhəng "The National İnterest" dərgisindən sensasion İran-Səudiyyə təhlili
"Tarixi gedişata baxsaq bu gün həmin siyasətlə hakimiyyətə gələn 33 yaşlı Salman da eynilə Yezid kimi Yaxın Şərqdə sünni-şiə məsələsinə birdəfəlik son qoymaq istəyir. Regionda Səudla İranın arasında tarazlığı öz xeyrinə əldə etmək üçün özünə ilk hədəf kimi Hizbullahı seçib. O eyni ilə Kərbəla hadisəsini təkrarlamağa hazırdır. Öz nəhəng qüvvəsi ilə Hizbullahı əzmək potensialını göstərmək istəyir. Eyni ilə Yezidin böyük qoşunu İmam Hüseynin az qüvvəsini qətl etdiyi kimi."

"Tarixi gedişata baxsaq bu gün həmin siyasətlə hakimiyyətə gələn 33 yaşlı Salman da eynilə Yezid kimi Yaxın Şərqdə sünni-şiə məsələsinə birdəfəlik son qoymaq istəyir. Regionda Səudla İranın arasında tarazlığı öz xeyrinə əldə etmək üçün özünə ilk hədəf kimi Hizbullahı seçib. O eyni ilə Kərbəla hadisəsini təkrarlamağa hazırdır. Öz nəhəng qüvvəsi ilə Hizbullahı əzmək potensialını göstərmək istəyir. Eyni ilə Yezidin böyük qoşunu İmam Hüseynin az qüvvəsini qətl etdiyi kimi."

 

ABŞ-ın "The National İnterest" analitik dərgisi Səudiyyə ilə İranın qarşıdurmasını Yezidlə İmam Hüseynin qarşı-qarşıya gəlməsinə bənzədib. Miçiqan universitetinin professoru və siyasi analitiki Məhəmmədin Əyubun imzası ilə verilən bu məqalədə müqayisəli təhlil aparılıb. İslaminSesi həmin məqaləni ixtisarla sizə təqdim edir.

 

"Məhəmməd peyğəmbərin ölümündən heç 50 il keçməmişdi ki, Üməyya sülaləsinin 33 yaşlı lideri Yezid 30 minlik qoşunla onun nəvəsinin qətlinə səbəb oldu. Qətl Kərbəla çölündə baş vedi. Döyüşdən sonra əsir edilən peyğəmbər övladları Dəməşqə aparıldı. Bu İslam tarixinin başlanğıc dövründə yaşanmış elə bir fövqaladə hadisədir ki, Əlinin rəhbərliyi ilə şiə qanadını tamamilə öz yolunda bərqərar etdi.

 

Tarixi gedişata baxsaq bu gün həmin siyasətlə hakimiyyətə gələn 33 yaşlı Salman da eynilə Yezid kimi Yaxın Şərqdə sünni-şiə məsələsinə birdəfəlik son qoymaq istəyir. Regionda Səudla İranın arasında tarazlığı öz xeyrinə əldə etmək üçün özünə ilk hədəf kimi Hizbullahı seçib. O eyni ilə Kərbəla hadisəsini təkrarlamağa hazırdır. Öz nəhəng qüvvəsi ilə Hizbullahı əzmək potensialını göstərmək istəyir. Necə ki, Yezidin böyük qoşunu İmam Hüseynin az qüvvəsini qətl etdiyi kimi. Livanın keçmiş baş naziri Həririnin zor gücünə Səudiyyədə saxlanması bu döyüşdə birinci həmlə idi. Həririnin səudların nöqteyi nəzəri ilə törətdiyi ən böyük cinayət Hizbullahı Livanın milli təhlükəsizlik qüvvəsi kimi qanuni çərçivəyə salması idi.

 

Lakin Həriri də bu vəziyyətdən çıxış yolu tapa bilməzdi. Birincisi, Hizbullahı ölkənin milli təhlükəsizliyindən aralamaq Livanı düşmənlərinə qarşı müdafiəzsiz qoyurdu. Bundan əlavə həm də Hizbullah Livanın əhalisinin yarıdan çoxunu təşkil edən şiələrin hökumətdə simasıdır və Livan hökuməti bunu nəzərə almaya bilməz. Hizbullah səudlara real düşmənin surroqat forması kimi görünür. İran Səud rejiminin real düşməni kimi qəbul edilir. Səud rejiminin yeganə dərdi Fars körfəzindən İranı sıxışdırıb çıxarmaq və ona öz hegemonluğunu qəbul etdirməkdir. Bu da sanki Hüseyni beyətə çağırmaq kimi bir şeydir. Hüseynin etirazı isə Yezidi duelə çağırmaqdır. Bu gün vəhabi səudlar hesab edir ki, onların legitimliyi karta qoyulub. Bu gün eynilə yeddinci əsrdə olduğu kimi İran-Səud rəqibliyində siyasi, dini legitimlik müstəviyə gəlib.

 

Amma başlıca bir fərq var. İranın İmam Hüseynin bir qrup tərəfdarından fərqi odur ki, bu dövlətin nüvə potensialı var. Baxmayaraq ki, Səudiyyə neft ehtiyatına dünyanın 5 nəhəngindən biridir, amma yenə hegemonluqda uduzur. Əsədə qarşı fokuslanmaqda İranın və Rusiyanın dəstəyi ilə fiaskoya uğradı. Cırtdan Qətəri də izolyasiya etmək də Səudlara baha başa gəldi və nəticədə izolyasiya olunanan da İranın silahına çevrildi.

 

Bundan əlavə Yəməndə zeyidi şiələrin bombalanması da uğur gətirmədi. Belə uzun müddətli maliyyə tələb edən işğalçılığa özünə mütəffiq tapa bilməyən səud çırpınır. Səudiyyənin vəhabiliyi ixrac etmək istəyi də krallığın özünü riskə atdı. Çünki ixrac olunan vəhabilik daha da radikallaşdı. Taliban və İŞİD ölümcül təhlükə saçdı və yeri düşəndə Riyadı islami loyallıqda və saxtakarlıqda günahlandırdılar. Səudun bütün bu uğursuzluğu ilə İran öz xarici siyasəti ilə öyünə bilər. Çünki tətbiq olunan sanksiyalara və embarqolara baxmayaraq İran artıq qüvvətlənmiş bir mövqeyə malikdir. Həriri epizodu isə göstərdi ki, Səudiyyə rejimi artıq həyəcan içindədir.

 

İran Hizbullah alyansının uğurunun bir sirridə budur ki, Tehran onlara dəstək vermir. Onların sadəcə olaraq maraqları birdir. Bu tandemin uğuru mübarizə apardıqları hədəfdir. Dəstək ideoloji və siyasidir. Tehran sifariş etmir, Hizbullah sifarişlə işləmir. Digər bir nüans isə Hizbullahla İranın əməkdaşlığının Səudiyyə ilə mütəfiqlərinin əməkdaşlığndan fərqlənməsidir. İkinciləri bir-birinə maliyyə qardaşlığı bağlayır ki, hazırda iqtisadi böhran bu əməkdaşlığı və dostluqları sıradan çıxarmağa başlayıb.

 

Qüvvələri müqayisə etdikdə qətiyyən gözləmək olmaz ki, İran Fars körfəzindəki ağalıq uğrunda mübarizədə Səud rejiminə güzəştə gedəcək. Belə gözləmək olar ki, sünni-şiə rəqibliyinin qabardılması yaxşı nəticələr verməyəcək. Qətər böhranından sonra qeyri-ərəb olsa da sünni dövləti Türkiyə demək olar ki, İranla yaxınlaşıb. Səudiyyədən sonra vəhabiliyə ən böyük mərkəz olan Qətər də Səud düşərgəsini tərk edib Omanla yaxınlaşdı ki, sonuncu Tehranla əla münasibətdədir. Səudların İranla birbaşa döyüşə girməsi ehtimalında isə rejimin mütəfiqlərindən aldığı bütün silahlar işə salınsa belə məğlubiyyətə bərabərdir. Çünki İran dəfələrlə münaqişələrdə öz qabiliyyəti ilə seçilib ki, bu qabiliyyət səudlarda milyonlarla silah olsa belə alınan deyil. Başqa bir analitikin dili desək Səud İranla sonuncu amerikalı qalana qədər savaşmaq niyyətindədir.

 

Səud rejiminin İsraillə bir cəbhədə yer alması isə tamamilə pis nəticələr doğura bilər ki, bu da İslam dünyasında rəhbərliyin itirilməsinə gətirib çıxarar. Əgər Salman tezliklə ağılı və məntiqi qəraralar verə bilməsə regionda yeni bir qazan qaynacaq. İkinci Kərbəla döyüşü baş tutsa, bu heç də Yezid və Hüseyn hadisəsi kimi bitməyəcək.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده