خبرگزاری شبستان

شنبه ۱۲ فروردین ۱۴۰۲

السبت ١١ رمضان ١٤٤٤

Saturday, April 1, 2023

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, November 26, 2017 Xəbər kodu : 31650

Necə edək ki, yeni İŞİD ortaya çıxmasın?
Şəbistan Xəbər Agentliyi: İranlı ruhani:Bu ideya və təfəkkür isə müharibələr ilə məhv olmaz. Yumuşaq gücə, elmi və fikri mübarizəyə ehtiyac vardır. Mənim qənaətimə görə İŞİD - in zəminlərini yaradan və onu əmələ gətirən təfəkkürün mahiyyəti tənqid edilməli və aradan çıxardırılmalıdır.

 

Tanınmış araşdırmaçı və ruhani höccətül - islam vəl - müslimin Mehdi Əli Rza Musəvi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində İŞİD terror qruplaşmasının bitdiyinə, lakin onu ortaya atan təfəkkürün hələdə yaşadıgına işarə edərək dedi. İŞİD təkfirçi və radikal bir təfəkkürün nümayəndəsidir. Son illər islam dünyasında ortaya çıxmış islam və müsəlmanlar üçün real təhlükə mənbəyinə çevrilmişdir.

 

Əgər İŞD fenonemini axtarmaq istəsək onun kök və səbəblərini, bu kabusu ortaya çıxmaq amilləri araşdırmalıyıq. Çünki, əgər İŞİD - in tapındıgı ideyalar məhv olmasa, oxşar təşkilatların yenidən ortaya çıxmasının zəmin, səbəb və amilləri qalacaqdır.

 

Bəziləri İŞİD-i bir hərəkat və tarixdə fiziki hadisə sayırlar. Yəni meydana gəlir, sonra məhv olub gedir. İŞD-də belə bir dönəm yaşadı, lakin yaddan çıxartmayaq ki, İŞD bir təfəkkürün, bir ideyanın məhsulu idi. Buna görə də, o zaman İŞİD - in məhv oldugunu deyə bilərik ki, bu ideyanın kökü qurusun.

 

Bu ideya və təfəkkür isə müharibələr ilə məhv olmaz. Yumuşaq gücə, elmi və fikri mübarizəyə ehtiyac vardır. Mənim qənaətimə görə İŞİD - in zəminlərini yaradan və onu əmələ gətirən təfəkkürün mahiyyəti tənqid edilməli və aradan çıxardırılmalıdır.

 

http://shabestan.ir/detail/News/671711

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده