خبرگزاری شبستان

دوشنبه ۱۴ آذر ۱۴۰۱

الاثنين ١٢ جمادى الأولى ١٤٤٤

Monday, December 5, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, November 23, 2017 Xəbər kodu : 31634
Ölümdən sonrakı həyat (ikinci hissə)
Həzrət Əlinin (ə) ölümdən sonra şəfaət barədə ümidverici bəyanı
Şəbistan xəbər agentliyi: Əlidən (ə) bir hədisdə nəql olunmuşdur: "Mənim dostlarımın hər biri öləndən sonra məni sevdikləri yerdə tapacaqlar".

Şəbistan xəbər agentliyi Quran və maarif bölümü: Nömaninin "Qeybət" kitabında Əlidən (ə) bir hədisdə nəql olunmuşdur: "Mənim dostlarımın hər biri öləndən sonra məni sevdikləri yerdə tapacaqlar. Həmçinin mənim düşmənlərim məni sevmədikləri yerdə görəcəklər".

"Kafi" kitabında İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, bi şəxsin ölüm anı çatdığı zaman İblis köməkçi şeytanların arasından bəzilərinə məmuriyyət verir ki, onu küfrə dəvət etsinlər və dinində onu şəkkə salsınlar. Habelə onun ruhu bədəndən çıxana qədər bi işin davam etməsini tələb edir. Əgər o şəxs mömin olsa, şeytan ona qalib gələ bilməyəcək. Buna görə də sizlərdən can verən şəxslərin başları üzərində olduğunuz zaman Şəhadət kəlməsini "əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədən rasulullah" onlara təlqin edin. Fani dünyanı tərk edənə qədər bu işi davam etdirin".

Bu hədisin məzmununu bəzi Quran ayələrindən də istifadə etmək olar.

"Ölümdən sonrakı həyat" kitabı filosof və böyük Quran təfsirçisi Əllamə Təbatəbainin əsəridir. Bu kitab Ərəb dilində yazılmışdır. Seyyid Mehdi Nəbəvi və Sadiq Amuli Laricaninin vasitəsi ilə Fars dilinə tərcümə edilmişdir. Bu kitabın bəzi önəmli hissələri diqqətinizə çatdırıldı. Ümidvarıq ki, bu gözəl kəlamlar hər birimizin runu oxşayacaq.http://shabestan.ir/detail/News/669917

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده