خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Friday, November 17, 2017 Xəbər kodu : 31581

Düşmən Livan və bölgədə vəziyyəti gərginləşdirmək istəyir
Şəbistan Xəbər Agentliyi: Tehranın bu həftəki cümə namazı xətibi: Livan xalqının birliyi İsrail rejimi, ABŞ və Ali-Səudun məkrli planlarının zərərsizləşməsi mənasındadır.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Məhəmməd İmami Kaşani Tehranın bu gün cümə namazı xütbələrində Livan baş naziri Səd Həririnin Ər-Riyadda istefa verməsinə toxunaraq əlavə edib: Bu məsələ düşmənin regionda və Livanda islam ölkələri üçün gərginlik yaratmaq və məkrli planları icra etmək niyyətində olduğunu göstərir. Lakin Allahın lütfü ilə Livan xalqı və vətəndaşları ayıq-sayıqdır.

 

Tehranın buhəftəki cümə namazının xətibi Livan xalqı, xüsusilə Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahı alqışlayaraq deyib: Səd Həriri Livana qayıdarsa, hamı onu qarşılayacaq, bu isə Ali-Səudun məkrli planının zərərsizləşməsi mənasındadır.

 

O həmçinin Ali-Səud rejiminin bölgədə, xüsusilə də Yəməndəki cinayətlərinə toxunub və deyib: Ali-Səud rejimi islam ölkələrinə hücum etmək üçün İsrail rejiminə maliyyə yardımı edəcək qədər bədbəxt və zəlildir.

 

Tehranın müvəqqəti imamcüməsi xatırladıb: Bu gün dünya həssas şəraitdədir və müsəlman xalqlar düşmənlərin məkrli planları qarşısında birləşməlidirlər.

 

Ayətullah Məhəmməd İmami Kaşani sonda İranın qərbində zəlzələnin baş verməsi və bir çox vətəndaşın həlak olmasına toxunub və deyib: ABŞ prezidentinin İranda zəlzələdən zərərçəkənlərə kömək etməməyə dair açıqlaması, şər adamın ağzından çıxan çirkin sözdür. Dünya o qədər bədbəxtdir ki, ABŞ prezidenti belə danışır.

 

http://shabestan.ir/detail/News/670177

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده