خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, November 15, 2017 Xəbər kodu : 31570

Müqəddəs Cəmkəran məscidində zəlzələdə zərər çəkənlər üçün humanitar yardım toplanılır
Şəbistan xəbər agentliyi: Müqəddəs Cəmkəran məscidində həftə sonu proqramlarına hazılaşmaqla yanaşı zəvvarlara və müntəzirlərə zəlzələdə zərər çəkənlər üçün yardım toplanması elan olundu.

  Şəbistan xəbər agentliyinin Müqəddəs Cəmkəran məscidinə istinadən verdiyi xəbərə əsasən Höccətül-islam Seyid Mehdi Haşimizadə ölkənin qərbində baş verən zəlzələdə zərər çəkənlərə humanitar yardım toplanması və göndəril-məsindən xəbər verərək dedi: Müqəddəs Cəmkəran məscidi ölkənin mədəni, mənəvi və ictimai bir mərkəzidir.

 Müqəddəs Cəmkəran məscidinin beynəl-xalq və ümumi əlaqələr bölməsinin müdiri Höccətül-islam Seyid Mehdi Haşimizadə dedi: İslam dinin yarandığı ilk günlərdən məscidlər  ictimai fəaliyyətlərin və işlərin görüldüyü yer kimi tanınmışdır.

 Höccətül-islam Seyid Mehdi Haşimizadə dedi: Bu müqəddəs məscidin mərkəz olması xüsusi ilə bir neçə il ərzində daha çox hiss olunur. İmam Zamanın (ə) dünyanın müxtəlif  ölkələrindən gələn zəvvarları və aşiqləri bunun açıq-aşkar nümunəsidir.   

Höccətül-islam Seyid Mehdi Haşimizadə dedi: İslam inqilabının Ali rəhbəri ölkənin qərbində baş verən zəlzələdə zərər çəkənlərə yardım etməyi buyurub. İslam inqilabının Ali rəhbərinin bu işə təkidinə görə bu müqəddəs məscid bu sahədə əlindən gələni etsin.

 Höccətül-islam Seyid Mehdi Haşimizadə dedi: Buna görə də Müqəddəs Cəmkəran məscidində həftə sonu proqramlarına hazılaşmaqla yanaşı zəvvarlara və müntəzirlərə zəlzələdə zərər çəkənlər üçün yardım toplanması elan olundu.

Seyid Mehdi Haşimizadə dedi: Bu köməklər daha çox ehtiyac duyulan əşyalardan ibarətdir. Bütün əşyalar təzə və istifadə olunmamışdır. Onlar anbarda toplandıqdan sonra zəlzələ baş verən məntəqələrə göndəriləcək. 

http://shabestan.ir/detail/News/669708

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده