خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, November 15, 2017 Xəbər kodu : 31560

Rizvan və Allaha yaxınlıq məqamına çatmağın yolu
Şəbistan Xəbər Agentliyi: Bəziləri Allahı ibadətə layiq görüb Onu öyür, mədh və pərəstiş edirlər, bu, azadələrin və hürr insanların ibadətidir.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, tanınmış ruhani Höccətül - islam vəl - müslimin Qasim Tərxan ibadətin əhəmiyyət və mənəvi faydalarından danışarkən dedi: İşi görənin, ibadəti edənin hədəf və məqsədi onun işində, əməlində təsirə malikdir, yəni hədəfi nə qədər yüksək olsa, işinin bir o qədər dəkeyfiyyəti çox olacaqdır. İbadət edənin niyyəti nə qədər xalis olarsa, onun əməlinin təsirləri də daha çox qalarlı və əhatəli olacaqdır. Həqiqətdə Allaha xatir görülməyən iş heç bir təsirə malik deyildir, əməl Allah üçün edilərsə, onda təsiri vardır, lakin yaddan çıxartmayaq ki, Allaha xatir görülən işin də özünün dərəcələri və mərtəbəsi vardır. Bəziləri behiştə görə Allaha ibadət edirlər; bu, tacirlərin ibadətidir; faydası var, amma bir o qədərdə deyildir. Bəziləri isə cəhənnəm qorxusundan Allaha sitayiş edirlər; bu, qulların ibadətidir; bu da dəyərsiz deyil, lakin lazım olan dəyər və təsirə malik deyildir. Bir zümrə (bəziləri) isə Allahı ibadətə layiq görüb Onu öyür, mədh və pərəstiş edirlər, bu insanlar nemətlərin şükrü olaraq Ona ibadət edirlər; bu, azadələrin və hürr insanların ibadətidir. Belə ibadət olduqca dəyərli və faydalıdır.

 

İmam Əli (ə) -ın qızıldan qiymətli kəlamında biz bu bölüm və fikrin təsdiqini tapırıq.

 

Beləliklə, Allah üçün edilən ibadət və onun faydası birbaşa elə ibadə edənin özünə qaydır, onu rizvan məqamına və Allaha yaxınlıq rütbəsinə (qürb məqamına) yetişdirir. əlbəttə bir şərtlə ki o, bu məqamlar üçün deyil, Allahın Özü üçün ibadət etsin.

 

http://shabestan.ir/detail/News/669354

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده