خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, November 15, 2017 Xəbər kodu : 31559

Kitabxana gəncləri məscidə cəlb etmək üçün gözəl fürsətdir
Şəbistan Xəbər Agentliyi: Ayətullah Xameneinin işinin çoxluguna baxmayaraq, adətən kitab sərgilərində iştirak edir. Bəzi kitablara təqriz (rəy, önsöz) yazır. Biz o şəxsiyyətin bu adətini öz həyatımızın ənənəsinə çevirməliyik.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda fəaliyyət göstərən Məscidlərin Mədəniyyət - İncəsənət Otaqları ilə iş üzrə Dövlət Komitəsinin sədri höccətül - islam vəl - müslimin Həbib Rza Ərzani bu gün rəsmi toplantıdakı çıxışında dedi: Ali Dini Rəhbər Ayətullah Xamenei mütaliə və kitabla ünsiyyət qurmagı çox tövsiyə edir. Bizim heç birimizin bu böyük şəxsiyyət qədər işimiz və fəaliyətimiz yoxdur, buna baxmayaraq o böyük rəhbər az olar ki, bir həftə ərzində bir kitabı oxuyub başa çıxmasın. Ona yaxın olan insanlardan biri deyir ki, mən Ali Dini Rəhbərə bir kitab verdim, o bütün dövlət işlərinin kənarında bir həftədən də az müddətdə həmin kitabı mənə qaytardı və olduqca dəyərli haşiyələrini bu kitabın kənarında qeyd etmişdi.

 

Ayətullah Xameneinin işinin çoxluguna baxmayaraq, adətən kitab sərgilərində iştirak edir. Bəzi kitablara təqriz (rəy, önsöz) yazır. Biz o şəxsiyyətin bu adətini öz həyatımızın ənənəsinə çevirməliyik.

 

Ruhani daha sonra bildirdi ki, İranda kitab oxumagın səviyyəsi və kitaba qoyulan vaxtın miqdarı bir o qədər də qənaətbəxş deyildir və buna görə də birinci gələcək nəsillərdən başlanmalı, cəmiyyətin dini inanclarını möhkəmləndirmək üşün kitabdan kömək almaq lazımdır.

 

“Kitab oxumaq ölkədə ümumxalq dəyərə, mədəniyyətə çevriləməlidir”.

 

Natiq kitabla ünsiyyətin ölkədə mədəni sahədə inqilabı dəyişiliklər edəcəyinə inandığını da ifadə etdi.

 

“Kitabxana gəncləri məscidə cəlb etmək üçün gözəl fürsətdir”, - deyə höccətül - islam vəl - müslimin Həbib Rza Ərzani sözünü tamamladı.

 

http://shabestan.ir/detail/News/669602

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده