خبرگزاری شبستان

سه شنبه ۳ بهمن ۱۳۹۶

الثلاثاء ٧ جمادى الأولى ١٤٣٩

Tuesday, January 23, 2018

Servis xəbərlərinin titri

Avropalılar da ƏBFP-nı pozmayacaqlar

Şəbistan Xəbər Agentliyi: İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının sədri: Biz İran İslam Respublikası olaraq amerikalıların təsəvvürlərinin əksinə olaraq istədiyimiz vaxtı oyunu pozmaq gücünə malikik. Biz tam qüdrət ilə öz sülhməqsədli hədəflərimiz istiqamətində nüvə gücümüzü artıra bilərik.

Servis Əsas səhifə Zaman :   Wednesday, November 15, 2017 Xəbər kodu : 31558

Zərif Yəmən böhranı ilə bağlı BMT-nın baş katibinə məktub göndərdi
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının xarici işlər naziri BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ərəbistanın hərtərəfli hücumları və mühasirədə saxlanılması nəticəsində Yəməndə vəziyyətin son dərəcə ağır və nigaranedici olduğunu bildirib.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif bazar ertəsi günü axşam BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyib: Ərəbistanın Yəmənə qarşı 30 aydan çoxdur ki, davam edən hücumları qadın və uşaqlar başda olmaqla minlərlə günahsız insanın ölməsi və xəstəxanalar, məktəblər, yollar, körpülər, qida sənayesi, elektrik stansiyalarıvə digər bütün sivil infrastrukturların məhv edilməsinə səbəb olub ki, bu da yəmənlilərin ən ilkin ehtiyaclarını belə təmin etməkdən aciz qalmasına gətirib çıxardıb.

 

İran İslam Respublikasının xarici işlər naziri Yəməndə yaşanan faciəli durumun, bu ölkəyə qarşı mühasirəinin Ərəbistan tərəfindən artırılması nəticəsində daha da ağırlaşmaqda olduğunu bildirərək, dünya ictimaiyyətindən Yəmən böhranına təsirli və qətiyyətli şəkildə müdaxilə etməsini və axmaqcasına olan bu müharibəyə dur deməsini istəyib.

 

Zərif əlavə edib: İran İslam Respublikası davamlı olaraq Yəmən böhranı üçün sadəcə siyasi həll yolunun var olduğunu vurğulayaraq, bütün yəmənli qruplar və siyasi partiyaların iştirakı ilə, kənar ölkələrin Yəmənin daxili işlərinə müdaxiləsi olmadan, milli birlik hökumətinin yaradılmasını ən uyğun seçim hesab edir.

 

Ərəbistanın Yəmənə olan təcavüzləri indiyə kimi 13 mindən çox yəmənlinin ölməsi, on minlərlə insanın yaralanması və milyonlarla insanın didərgin düşməsinə səbəb olub. Həmçinin, ölkə tam şəkildə xarabalığa çevrilib.

http://shabestan.ir/detail/News/669328

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده