خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 14, 2017 Xəbər kodu : 31557
Mədəniyyət nazirliyinin ruhanilərin işləri üzrə müşaviri
Camaatı Qurana və Əhli-beytin (ə) həyat tərzinə dəvət etmək mədəniyyət təşkilatlarının vəzifəsi
Şəbistan xəbər agentliyi: Mədəniyyət nazirliyinin ruhanilərin işləri üzrə müşaviri dedi ki, Biz mədəniyyət sahəsində işləyənlər Allaha şükür etməliyik ki, insanların hidayət olması üçün çalışırıq. Camaatı özümüzə deyil, Qurana və Əhli-beytin (ə) həyat tərzinə dəvət etməliyik.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, mədəniyyət nazirliyinin ruhanilərin işləri üzrə müşaviri Höccətül-islam Məhəmməd Rza Hişməti bu gün məscidlərin sənət və mədəniyyət təşkilatlarının ümumi mərkəzində iştirak edərək çıxış etdi.

O dedi ki, Peyğəmbərin (s), İmam Həsənin (ə) və İmam Rzanın (ə) vəfatları münasibəti ilə keçiriləcək əzadarlıq günləri ərəfəsində, Məhərrəm və Səfər aylarının əzadarlıqlarının sonlarındayıq ki, bizim mədəniyyətimiz baxımından əzadar olmaq çox önəmlidir.

Əzadarlıq Əhli-beytin (ə) bünövrəsini qoyduğu bir sünnə olduğunu xatırladaraq dedi: Peyğəmbərin (s) vəfat günlərinə yaxınlaşdıqca söhbət o Həzrətin həyat tərzindən gedir.

O, qeyd etdi ki, Peyğəmbər (s) qəbilə davaları ilə məşhur olan, bütpərəst və qız uşaqlarını diri diri basdıran bir cəmiyyətin arasında zühur etdi.

O, qeyd etdi ki, Peyğəmbər (s) nə etdi ki, bu cəmiyyət on il Məkkədəki təbliğin nəticəsində sürətlə dəyişdi. Hətta onların arasında elə şəxslər vardır ki, onların məqamına yetişmək üçün illərlə çalışmaq lazımdır. Həzrətin tərbiyə məktəbinin ən böyük məzunu Həzrət Əlidir (ə).

O, sonda xatırlatdı ki, təbliğ yolu çox çətin bir yoldur. İmamlar bu əmanəti bizə tapşırıblar. Biz də bu əmanəti qorumaq üçün çalışmalı və camaatı yaxşılıqlara dəvət etməliyik. Amma özümüz yaxşı olmasaq bunların heç bir təsiri olmayacaq.

http://shabestan.ir/detail/News/669573

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده