خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 14, 2017 Xəbər kodu : 31556

Roma papası İran və İraq xalqına başsağlığı verdi
Şəbistan Xəbər Agentliyi: Dünya katoliklərinin başçısı İran və İraqda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı müraciəti göndərib.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, dünya katoliklərinin başçısı bazar ertəsi günü İran və İraqa ayrı-ayrılıqda iki müraciət göndərərək, zəlzələ nəticəsində bir qrup insanın ölməsi və yaralanmasından təəssüfləndiyini bildirib.

 

Vatikanın xarici işlər naziri kardinal Petro Parolin tərəfindən imzalanmış bu müraciətdə Roma papası İran və İraq sərhədində 7.3 bal gücündə zəlzələnin baş verməsi və çoxsaylı insan tələfatına yol açmasından kədərləndiyini bildirib.

 

Roma papası öz müraciətində zəlzələdən zərərçəkənlərə xüsusilə ölən və yaralananların ailələrinə dualar edib.

 

İran İslam Respublikası da ztəbii fəlakətlə balı başsağlığı verən bütün ölkə və şəxsiyyətlərə öz minnətdarlığını bildirib.

 

 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı səhər öz şəxsi Tvitter səhifəsində paylaşdığı yazıda müxtəlif ölkələrin İranın qərbində baş vermiş zəlzələnin ardınca İran xalqının kədərini bölüşdükləri və yardım etməyə hazır olduqlarını elan etdikləri üçün təşəkkürünü bildirib və İranın hazırda zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün daxili imkanlara malik olduğunu bildirib.

 

Bazar günü axşam İranın qərbində Rixter şkalası ilə 7.3 bal gücündə zəlzələ baş verib. İndiyə kimi zəlzələ nəticəsində 413 nəfər həyatını itirib, 7370 nəfər xəsarət alıb. Həmçinin, Kermanşah ostanında zəlzələdən sonra indiyə kimi 193 yeraltı təkan qeydə alınıb.

 

Bir çox ölkə başçısı, dövlət rəsmisi və beynəlxalq təşkilatların başçıları baş vermiş zəlzələ ilə əlaqədar İran İslam Respublikası başçılarına başsağlığı müraciəti göndərib, İran xalqı və dövlətinin kədərini bölüşüb, zəlzələdən zərərçəkənlərə  yardım göndərməyə hazır olduqlarını bildiriblər.

 

http://shabestan.ir/detail/News/669367

http://shabestan.ir/detail/News/669350

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده