خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 14, 2017 Xəbər kodu : 31554

Aİ: Həriri Livana qayıtmalıdır
Şəbistan Xəbər Agentliyi: Avropa İttifaqı (Aİ) bəyan edib ki, Riyadda istefasını elan etmiş Səəd Həriri ölkəsinə qayıtmalıdır. İttifaq, həmçinin Livanın daxili işlərinə qarışılmaması ilə bağlı xəbərdarlıq səsləndirib.

"Biz ilk öncə bütün siyasi qüvvələrə çağırış edirik i, Livandakı məsələyə ciddi yanaşsınlar, atdıqları addımların Livan vətəndaşlarına nə cür təsir göstərəcəyinin fərqində olsunlar. Baş nazir Səəd Həriri öz ölkəsinə qayıtmalı və hökuməti birləşdirməlidir, ölkənin daxili işlərinə diqqətini yönəltməlidir".

 

Şəbistan Xəbər Agentliyi “ əl- Aləm”ə istinadən xəbər verir ki, bu sözləri Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Federika Mogerini dünən Brüsseldə İttifaq ölkələrinin XİN rəhbərləri ilə görüşündə deyib.

 

O, Səudiyyə Ərəbistanına işarə edərək qeyd edib ki, Livanın daxili işlərinə qarışmaq indi və hər zaman təhlükəlidir: "Biz ümid edirik ki, bu ölkəyə hər hansı xarici müdaxilə baş tutmasın. İnanırıq ki, regional münaqişələri, regional hərəkatları, regional gərginliyi Livana bulaşdırmaqdan çəkinmək lazımdır, Livan bu proseslərdən kənar tutulmalıdır". Mogerini, həmçinin Livanın xarici işlər naziri Cübran Bassil ilə görüşəcəyini də qeyd edib.

 

Federika Moqerini, habelə, bazar ertəsi günü Avropa Birliyinin xarici işlər nazirlərinin Brüsseldə təşkil edilmiş iclasının sonunda Avropa Birliyinin İrana qarşı sanksiyaların tətbiq edilməsində ABŞ-ın siyasətini izləməsi məsələsinə gəlincə deyib: Avropa Birliyi İrana qarşı sanksiya tətbiq etmək  proqramına malik deyil.

 

Amerikada Donald Trampın prezident seçilməsindən sonra, Vaşinqton həmişə olduğundan daha artıq İrana zərbə vurmağa çalışır.

 

Tramp hökuməti İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasınə dəyişiklik etmək və ya mümkün olarsa anlaşmanı pozmaq məqsədi ilə İranın raket proqramı da daxil olmaqla müxtəlif məsələləri bəhanə edərək, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın və 70 nəfərin adını sanksiyalar siyahısına daxil edib.

 

http://shabestan.ir/detail/News/669421

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده