خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 14, 2017 Xəbər kodu : 31553

Ali Dini Rəhbərin xüsusi nümayəndə heyəti zəlzələ baş vermiş bölgəyə baş çəkib
Şəbistan Xəbər Agentliyi: Ali Dini Rəhbərin Baş Ofisinin xüsusi nümayəndə heyəti höccətülislam vəlmüslimin Əbdülhüseyn Müəzzinin başçılığı ilə zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirmək üçün bu gün Kermanşah ostanına səfər edib.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İnqilab Rəhbərinin Qırmızı Aypara Cəmiyyətindəki nümayəndəsi höccətülislam vəlmüslimin Əbdülhüseyn Müəzzi və onu müşayiət edən heyət zəlzələdən zərərçəkmiş ailələr ilə görüşüb, zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirməli və mövcud vəziyyəti dəyərləndirməlidir.

 

Kermanşah əhalisinin Rəhbərlik Xübrəqanı Məclisindəki nümayəndəsi höccətülislam vəlmüslimin Mahmud Məhəmmədi İraqi və İranın Qırmızı Aypara Cəmiyyətinin bir qrup məsul şəxsi Kermanşaha olan səfərdə höccətülislam vəlmüslimin Müəzzini müşayiət edirlər.

 

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü İran xalqına başsağlığı müraciətində bütün ordu və dövlət orqanlarından zəlzələdən zərərçəkənlərin problemlərinin həll edilməsi prosesini sürətləndirmələrini istəyib.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani zəlzələnin törətdiyi ağır fəsadlarla yerində tanış olmaq üçün Kirmanşah şəhərinə gedib.

 

Zəlzələdən zərər çəkın insanlarla görüşən prezident onlara dövlət tərəfindən hər cür yardımın ediləcəyini bildirib.

 

Prezident İranın silahlı qüvvələrinə xilasetmə işlərində göstərdikləri şücaətə görə təşəkkür edib.

 

Kirmanşah vilayətinin rəhbərləri xilasetmə işləri və evləri dağılan ailələrə göstərilən kömək haqqında Həsən Ruhaniyə məlumat veriblər.

 

Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub.

 

http://shabestan.ir/detail/News/669378

http://shabestan.ir/detail/News/669489

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده