خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 14, 2017 Xəbər kodu : 31552

Toydan sonrakı reallıq və ya” bəlkə boşanmayaq?”
Orta hesabla Azərbaycanda hər 1000 nəfərə 1,3 boşanma düşür.

İnsan həyatının bir çox sahələrinə aid statistik göstəricilər mövcuddur. O cümlədən boşanmalara dair. Belə statistik araşdırmalar Azərbaycanda da aparılır. Hesablamalar göstərir ki, son illər ərzində boşanmaların sayında az da olsa artım müşahidə edilir və bu tendensiya dayanıqlığı ilə səciyyələnir. Orta hesabla Azərbaycanda hər 1000 nəfərə 1,3 boşanma düşür.

Əlbəttə, istər dünya, istərsə də İslam ölkələrindəki vəziyyətə nəzər salsaq, Azərbaycanı anti-liderlər sırasında görmərik (boşanmaların sayına görə dünya lideri Portuqaliya, İslam ölkələri sırasında isə Maldiv adalarıdır). Amma ailə institutunun azərbaycanlılar üçün nə qədər ciddi dəyər olduğunu və cəmi 15-20 il əvvəl ailə dağılmağının əsl faciə kimi dəyərləndirilməsini yada salsaq, toxunduğumuz məsələnin kifayət qədər ciddi olduğunu etiraf etməliyik. Nə qədər acınacaqlı olsa da, dindar ailələr də ümumi tendensiyadan kənarda qalmırlar. Bəs, nə üçün belə olur?

Əvvəlcə yenə də statistikaya nəzər salaq. Görərik ki, cütlüklər daha çox 4 il birgə həyat sürməmiş ayrılırlar. Mütəxəssislər bu dövrü “ailə həyatının ilk böhran dövrü” adlandırırlar. Boşanmalara səbəblər isə müxtəlif olur. Biz cəmi ikisinə, amma ən çox boşanmalara səbəb olanlarına nəzər salaq və izah verməyə çalışaq.

1. Adətən bəhanə kimi hər iki tərəfdən “onu heç tanımamışam”, “özünü olduğu kimi göstərməyib”, “maska geyib” və s. səbəblər göstərilir. Xüsusən də bu, digərləri ilə müqayisədə bir çox əxlaqi çərçivələrlə məhdudlaşan dindarlara aiddir. Əslində, burda bir həqiqət var. Amma bunu subyektiv yox, obyektiv səbəb kimi dəyərləndirmək lazımdır. Təəssüf ki, bəzi müasir gənclər anlamaq istəmir: subay adamın həyat tərzi evli adamın həyat tərzindən yerlə göy qədər fərqlənir. Yeni problemlər, yeni həyat şəraiti meydana gəlir ki, onları subay vaxtında cütlük yaşamayıb və təbii ki, qarşı tərəfin reaksiyası, dözümlülük səviyyəsindən bixəbərdir. Odur ki, “maska” söhbəti çox hallarda əsassızdır. Deyirlər ki, bir adamı daha yaxşı tanımaq üçün onunla yol yoldaşı olmalısan. Ailə həyatı da müəyyən mənada tərəf müqabilinlə yola çıxmağa bənzəyir, bu zaman onu daha yaxından tanıyırsan. Demək, insanla evlənənə qədər nə qədər sıx ünsiyyət qursan da, nə qədər onu yaxından tanısan da, əmin ol: ailə həyatı sənə mütləq sürprizlər hazırlayır və bu sürprizlərə sinə gərmək üçün özündə güc və motivasiya tapmalısan. Motivasiya isə müxtəlif ola bilər və hər kəs də öz təbiətinə uyğun  hərəkət etməli, ən əsası isə Allah qarşısında hansı bir məsuliyyəti çiyninə götürdüyünü dərk etməlidir.

2. Qayınana və qayınata problemi. Bəzən məhz valideynlər cütlüyün firavan həyatına maneə yaradır, lazımsız söz-söhbətlərə rəvac verir, sonda isə ailənin dağılması qaçılmaz olur. Burda da daha yaşlı nəslin nümayəndələrinə yalnız müdriklik arzulamaq olar. Atalar və analar anlamalıdırlar ki, evlənən və ya ərə gedən övladı bu addaımı atıbsa, həyatının bu mərhələsinə yetişibsə, demək artıq uşaqlıq çağları ilə çoxdan vidalaşıb və həyatda sərbəst addımlamağa qadirdir, ən azından özünü belə sayır. Müvafiq də davranmaq lazımdır. Söz yox, ağsaqqal məsləhəti, ağbirçək tövsiyyəsi həmişə karımıza gəlib. Amma bunu da ehtiyatla, nəzakətlə etmək lazımdır ki, ən azından yenicə təməli qoyulan ittifaqa ziyan vurulmasın. Cavanlar isə ailə həyatının bu sınağına da hazır olmalıdırlar. Qayınata və qayınanaları dinləməli, mümkün qədər hörmətlərini saxlamalı, bu hörmətin müqabilində də Allahın mərhəmətinə və bərəkətinə ümidli olmalıdırlar.

Və... sonda. Yeni ailə qurulduqda şənlik təşkil olunur, hamı deyir-gülür, əylənir. Xüsusən də nikaha daxil olan gənclərin valideynləri fərəh hissi keçirir. Amma toy günü sona çatacaq və cəmi bir neçə gündən sonra adi, bəzən ətalətli, bəzən heç də xoşagəlməyən hadisələrlə zəngin həyat başlayacaq. Bunu gənclər min dəfə, milyon dəfə eşidə bilər. Amma onlar bunun nə demək olduğunu real anlamırlar. Ağsaqqallar isə artıq bu məktəbi, həyatın bu sınağını keçiblər. Elə bu səbəbdən də üzərlərinə düşən məsuliyyəti dərk etməli, el dili isə desək, “şitini çıxarmamaq” şərti ilə cavanların yanında olmalı, bu yenicə qurulmuş kövrək ittifaqın möhkəm qalaya çevrilməsinə yardım etməli, nəvələrinin valideynsiz, qadınların isə başsız qalmaması üçün səy göstərməlidirlər.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده