خبرگزاری شبستان

سه شنبه ۳ بهمن ۱۳۹۶

الثلاثاء ٧ جمادى الأولى ١٤٣٩

Tuesday, January 23, 2018

Servis xəbərlərinin titri

Avropalılar da ƏBFP-nı pozmayacaqlar

Şəbistan Xəbər Agentliyi: İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının sədri: Biz İran İslam Respublikası olaraq amerikalıların təsəvvürlərinin əksinə olaraq istədiyimiz vaxtı oyunu pozmaq gücünə malikik. Biz tam qüdrət ilə öz sülhməqsədli hədəflərimiz istiqamətində nüvə gücümüzü artıra bilərik.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 14, 2017 Xəbər kodu : 31551

AİP İranda baş vermiş zəlzələ ilə bağlı başsağılığı verdi
Əminik ki, zəlzələ faciəsi xalqınızı sarsıtmayacaq, onun nikbin vüqarını əyməyəcək.

Azərbaycan İslam Partiyası baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran xalqına başsağlığı verib.
 
Şəbistan bildirir ki, Partiyanın mətbuat xidmətindən daxil olan başsağlığı müraciətində deyilir:
 
“İran İslam Respublikasının Ali Rəhbəri, Ayətullahül-üzma, mərceyi-təqlid, əziz Seyid Əli Xamenei Cənabları! Baş verən zəlzələ nəticəsində İranın Kermanşah, Qəsri Şirin və İlam şəhərlərində çoxsaylı insan tələfatı ilə əlaqədar sizə, dağıntılarda həlak olan insanların ailələrinə, bütün İran xalqına təsliyyət ərz edirik. 
 
Qardaş İran xalqına baş verən faciə bizləri də ciddi kədərləndirdi, məyus etdi. Zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyirik. Yaralanan, faciə nəticəsində xəsarət alan insanlara tezliklə sağalmağı diləyirik.
 
Azərbaycanın müsəlman xalqı olaraq bu kədərli günlərin acısını birlikdə yaşayır və daşıyırıq. İnanırıq ki, əzəmətli, iradəli və əzmkar İran xalqı baş vermiş bu acını mərdliklə və tez bir zamanda dəf edəcək, Ağır yaranı az bir zamanda sağaldacaq və öz uğurlu inkişaf yoluna davam edəcək. Əminik ki, zəlzələ faciəsi xalqınızı sarsıtmayacaq, onun nikbin vüqarını əyməyəcək.
 
Zəlzələdə həlak olanlara Allahdan bir daha rəhmət diləyir, yaralanan və xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.
 
Azərbaycan İslam Partiyasının sədr əvəzi, Hacı İlham Əliyev

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده