خبرگزاری شبستان

پنج شنبه ۲۴ آیان ۱۳۹۷

الخميس ٧ ربيع الأوّل ١٤٤٠

Thursday, November 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 14, 2017 Xəbər kodu : 31549

Həsən Ruhani zəlzələ baş vermiş bölgədə olub
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti bu gün səhər zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirmək məqsədilə Kermanşah əyalətinə səfər edib.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bütün İran xalqının Kermanşah əhalisinin kənarında olduğunu deyib: "İran xalqı, dövləti və silahlı qüvvələri var gücü ilə Kermanşah əhalisinin kənarındadır."

 

Zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirmək məqsədi ilə bu gün səhər Kermanşaha səfər edən İran İslam Respublikası prezidenti Həsən Ruhani jurnalistlər qarşısında verdiyi açıqlamada ilk olaraq zəlzələdə yaxınlarını itirmiş insanlara başsağlığı verib və deyib: İran hökuməti bütün imkanları ilə zəlzələdən zərərçəkənlərə yardım etmək üçün səfərbər olub və mümkün olan ən qısa zaman ərzində yaranmış problemlərin həll edilməsinə çalışacaq.

 

H.Ruhani bu gün bütün iranlıların Kermanşah əhalisini düşündüyünü deyərək, əlavə edib: Hamı əl-ələ verməli və zəlzələnin yaratdığı problemlərin aradan qaldırılması üçün var gücü ilə çalışmalıdır.

 

İran prezidenti həmçinin, bu acı hadisəyə görə İran xalqının kədərini bölüşən bütün ölkələrə təşəkkür edib.

 

***

İranın qərbində zəlzələnin baş verdiyi andan ordu və dövlət orqanları başçıları zəlzələdən zərərçəkmiş məntəqələrə səfər edərək, xilasetmə əməliyyatlarının sürətləndirilməsinə yaxından nəzarət edirlər.

 

İndiyə kimi zəlzələ nəticəsində 423 nəfərin həyatını itirdiyi, 7 mindən çox insanın isə yaralandığı bildirilir.

 

Kermanşah ostanı Məhkəmə Ekspertizası İdarəsinin ən son məlumatına görə, zəlzələ nəticəsində Sərpol Zəhabda 316, İslamabade Qərbdə 22, Kerənddə 14, Qəsre Şirində 28, Cəvanrudda 3, Səlasda 15, Kermanşahda isə 25 nəfər həyatını itirib.

 

http://shabestan.ir/detail/News/669464

http://shabestan.ir/detail/News/669489

http://shabestan.ir/detail/News/669609

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده