خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 14, 2017 Xəbər kodu : 31548
Ərak universitetinin elmi üzvünün Şəbistana verdiyi müsahibəsi:
Ərbəin bəşərin imama olan ehtiyacını qloballaşdırdı
Şəbistan xəbər agentliyi: Ərəbəin "Bəşərin imam ehtiyacı" mövzusunu əzadarlıq məslicləri və şiə inistitutlarından xaric edib dünyəviləşdirdi. Bu hadisə bizim həyat tərzimizdə, elmi və tərbiyəvi baxşımızın geniş olmasını sübut etdi.

 Ərak universitetinin elmi üzvü və İxtisaslamış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam Abbas Xadimiyan Şəbistan xəbər agentliynin Məhdəviyyət bölməsi ilə Ərbəinin müntəzirlərin həyatına təsiri mövzusunda apardığı söhbətdə dedi: Hər bir bəşəri böyük tarixi hadisənin yaranmasının bir sıra hazırlıqlara ehtiyacı vardır. Necəki Kərbəla hadisəsi bir sıra hazırlıqlardan sonra yarandı. Bütün müntəzirlərin gözlədiyi böyük hadisə yəni, İmam Zamanın (ə) zühurunun da bir sıra bəşəri, sosioloji və tarixi hazırlıqlara ehtiyacı var.

O, bildirdi ki, biz zühur adlı bir ümumbəşəri hadisənin baş verəcəyinə, dünyanın hakimiyyətinin salehlərə çatacağına və zülmləri və müşküllərin aradan qalxacağına və bütün bunların hazırlıqsız və zəmin yaranmadan olacağına etiqad bəsləməyimiz düzgün deyil. Necəki Kufə camaatı Kərbəla hadisəsində hadisənin insani zəminlərini yaratdılar. Döyüş meydanında hazır olmadılar və öz rollarını oynamadılar. Amma ilahi zəminlər tamamilə hazır idi. Halbuki insanlar hazır deyildilər.

Məhdəviyyət sahəsində tədqiqatçı və yazıçı dedi: Mənim fikirimcə Ərbəin müntəzirlərə hazırlaşma dərsi verən gözəl bir fürsətdir. Əgər dünyada böyük bir hadisə baş verəcəksə, İmamın şəhid edildiyi və zülm edildiyi yerdə bu zülmün qisası alınmalıdır. Biz Ərəbəin ziyarətində iştirak edirik ki, öz hazırlığımızı və dəstəyimizi elan edək. Ərbəin bizim zühura yaxınlaşmağımız üçün gözəl fürsətdir.  http://shabestan.ir/detail/News/666331

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده