خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 14, 2017 Xəbər kodu : 31547

Yalnız imam mələklərə evsahibilik edə bilər
Şəbistan xəbər agentliyi: Hər bir insan Allahın mələklərinə evsahibilik edə bilməz. Onlar elə bir şəxsə nazil olmalıdılar ki, mənəvi baxımdan Allah və Onun Rəsuluna ən yaxın şəxs olsun. Çünki Allahın əmrləri bütün insanları hidayəti və inkişafı üçün nazil olsa da onun nazil olduğu yer seçilimiş böyük şəxsiyyətlərin qəlbidir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölümünün verdiyi xəbərə görə Qurandan Qədr surəsində buyurulur:

تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ

O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər.

Qədr surəsinin haqqında buyurulan hədislərdən belə başa düşülür ki, Qədr gecəsində mələklərin yerə enməsi yalnız Peyğəmbərin (s) dövrünə aid deyil. Bəlkə onlar hər il yerə nazil olurlar. 

 Həzrət Əbuzərdən (r) nəql olunur ki, Peyğəmbərə (s) dedim: Mənə Qədr gecəsindən danış. Yalnız peyğəmbərlərin dövründə onlara vəhy nazil olurdu. Onlar vəfat edəndən sonra Qədr gecəsi olmayacaq. Yoxsa, bu gecələr qiyamətə qədər hər il olacaq? Allahın rəsulu (s) buyurdu: Qiyamət gününə qədər Qədr gecəsi olacaq. (Əd-durrul-mənsur, c 6, s 372)

Hər bir insan Allahın mələklərinə evsahibilik edə bilməz. Onlar elə bir şəxsə nazil olmalıdılar ki, mənəvi baxımdan Allah və Onun Rəsuluna ən yaxın şəxs olsun. Çünki Allahın əmrləri bütün insanları hidayəti və inkişafı üçün nazil olsa da onun nazil olduğu yer seçilimiş böyük şəxsiyyətlərin qəlbidir.   http://shabestan.ir/detail/News/664785

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده