خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Monday, November 13, 2017 Xəbər kodu : 31543

Ayətullah Məkarim Şirazi “imammalı”nın bir hissəsinin zəlzələdən zərərçəkənlərə xərclənməsinə fətva verdi
Şəbistan Xəbər Agentliyi: Ayətullah Məkarim Şirazi zəlzələ ilə bağlı müraciət yayımladı:"Səhmi-İmamın 1/3-i zəlzələdən zərərçəkənlər üçün istifadə edilə bilər."

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Nasir Məkarim Şirazi yayımladığı bir mesajda İran və İraqda baş verən zəlzələdə yaraların sağaldılması üçün səhmi-imamın 1/3-nin zəlzələdən zərərçəkənlər üçün istifadə edilməsinə icazə verdiyini bildirib.

 

Ayətullah Məkarim Şirazi bu müraciəti yayımlayıb:

 

"Rəhman və Rəhim olan Allahın adı ilə

 

Ölkəmizin qərbində baş verən zəlzələdə vətəndaşlarımızdan həyatlarını itirənlər, xəsarət alanlar və evləri dağılanlar olub. Bu faciəli hadisə bizi dərindən kədərləndirmişdir. Ümid edirəm ki, dövlət və rəsmi şəxslər tez bir vaxtda yaraları sarımağa başlayar; Yaralıları xilas etmək üçün lazımlı səyi maksimum səviyyədə göstərərlər. Bundan başqa, xeyriyyəçi vətəndaşlarımızdan bu kədərli hadisəyə qarşı həssas olmalarını və zəlzələdən zərərçəkən bacı-qardaşlarına lazımi kömək etmələrini gözləyirik.

 

Bu anonsu da etmək istəyirəm: Möminlər səhmi-imamın 1/3-ni Uca Allahı razı edəcək bu işdə istifadə edə bilərlər.

 

Bu faciəvi hadisənin qonşumuz İraqa verdiyi zərərdən dolayı da son dərəcə məyus olduğumu bildirmək istəyirəm. İnşaallah bu ölkənin səlahiyyətliləri də zəlzələnin səbəb olduğu yaraları sarımaqda lazımi səy və çalışqanlığı maksimum səviyyədə göstərirlər( İslamazeri-nin tərcüməsindən istifadə edilmişdir).

 

http://shabestan.ir/detail/News/669065

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده