خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Monday, November 13, 2017 Xəbər kodu : 31541

Möhtəşəm Ərbəin hadisəsi Allah yolunda mücadilə və şəhidpərvərlik ruhunun güclənməsinin nişanəsidir
Şəbistan Xəbər Agentliyi: Ali Dini Rəhbər böyük və heyrətamiz Ərbəin yürüşü hadisəsini alqışlayaraq, zəvvarların ziyarətlərinin və dualarının qəbul edilməsi duası ilə bu mərasimin təşkilatçılarına təşəkkür ediblər.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Şərqi Azərbaycan və Qum ostanlarının mədəniyyət xadimləri və məsul şəxsləri ilə görüşdə böyük Ərbəin yürüşünü Allah yolunda cihad və mübarizə ruhunun genişlənməsi və şəhadətə hazırlığın bütün islam dünyasında yayılmasının nişanəsi adlandırıblar.

 

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Dünyanın müxtəlif məntəqələrindən gəlmiş bu qədər böyük insan kütləsinin terrorizm təhlükəsinə rəğmən bir araya gəlməsi böyük bir hadisə və Allah yolunda mübarizə təfəkkürünün yayılmasının nişanəsidir.

 

İnqilab Rəhbəri ilahi və mənəvi Ərbəin yürüşü hadisəsini misilsiz və vəsfə gəlməz adlandırıb və deyiblər: Bu böyük yürüşün təşkil edilməsinə şərait yaratmasına görə, İraq hökumətinə, İmam Hüseyn(ə) zəvvarlarını bu qədər böyük sevinc və şövqlə qarşıladığı üçün əziz İraq xalqına, mərasimin təhlükəsizliyini təmin edən iraqlı mübariz gənclərə, Həşdüşşəbiyə(könüllü xalq qüvvələri) və təhlükəsizlik tədbirlərini koordinasiya edənlərə habelə, Nəcəf və Kərbəla şəhərlərindəki müqəddəs məkanların idarə heyətlərinə ürəkdən təşəkkür edir və Allahdan onlara bərəkət diləyirəm.

 

Ötən cümə axşamı, 20 səfər 1439-cu hicri qəməri ili, 9 noyabr 2017-ci il tarixi İmam Hüseyn(ə)-ın şəhadətinin qırxıncı gününə yəni, Ərbəinə təsadüf edib.

 

Milyonlarla iraqlı və xarici zəvvar Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlada bir araya gəlmişdi. Bu il İran İslam Respublikasından da 2 milyondan çox zəvvar Ərbəin mərasiminə qatılmışdı.

 

http://shabestan.ir/detail/News/669152

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده